Erməni terrorçuları ABŞ prezidentini öldürmək istədilər

Milyonlarla günahsız insanın ölümünə bais olan erməni terrorunun təxminən iki əsrlik tarixi var. Erməni cinayətkarlarının vəhşiliklərinin qanlı izlərinə nəinki Cənubi Qafqazda və Türkiyədə, həmçinin Avropa, Asiya və hətta Amerikada da rast gəlinir.

Bu yaxınlarda Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili “Qordon” telekanalına verdiyi son müsahibəsində Tbilisi sakini, 27 yaşlı Vladimir Arutyunyan tərəfindən ABŞ Prezidenti Corc Buşa edilən sui-qəsd hadisəsi haqqında danışıb. Belə ki, 2005-ci il mayın 10-da Arutyunyan Tbilisidə səfərdə olan ABŞ Prezidenti Corc Buş və Gürcüstanın o vaxtkı rəhbəri olan Saakaşvilinin olduğu Azadlıq meydanının kürsüsünə “RGD-5” qumbarası atıb. Qumbara döyüş vəziyyətinə gətirilsə də, partlamayıb, amma meydandakı 10 yaşlı bir qızın başına dəyərək onu yaralayıb. Cinayətkar isə qaçmağa nail olub.

Saakaşvili erməni terrorçularının cinayət əməlini xatırlatdı

Yeni erməni terrorçusunu isə yalnız bir ay sonra, qumbara atılan meydanda polşalı müxbirin çəkdiyi fotolar sayəsində tutmaq mümkün olub. Arutyunyan saxlanılan zaman silahlı müqavimət göstərib və Gürcüstan Daxili İşlər Nazirliyinin əks-kəşfiyyat idarəsinin rəhbərini öldürüb. Onun qaldığı evin zirzəmisindən zəhərli maddələr və partlayıcı tapılıb.

Həkimlər onun anlaqlı vəziyyətdə olduğunu müəyyən ediblər. İstintaq zamanı Arutyunyan C. Buşu öldürmək istədiyini bildirib. Üstəlik, uğursuz qatil fürsət taparsa ABŞ liderini öldürməyə bir daha cəhd edəcəyini söyləyib.

Bu cinayətin istintaqı zamanı Amerika Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarın təkbaşına hərəkət etmədiyi versiyasını irəli sürüb. Sonradan məlum oldu ki, Arutyunyan erməni terror qruplaşmasının üzvüdür və istifadə etdiyi qumbara da Ermənistanda hazırlanıb. Ancaq gürcü müstəntiqlər daha çox Rusiya izinə diqqət edirdilər …

Vladimir Arutyunyan

Arutyunyan maksimal həbs cəzasına – ömürlük cəzaya məhkum edildi. Amma erməni “dostları” terrorçunun tezliklə azadlığa çıxması üçün əllərindən gələni edirlər.

Gürcüstanın keçmiş Baş prokurorunun müavini David Sakvaleridze virtualaz.org-a açıqlamasında bildirib : “Şübhəniz olmasın ki, Arutyunyan Gürcüstan həbsxanalarından birində ömürlük həbs cəzası çəkir. Erməni katolikosunun xahişi ilə gürcü patriarxı Gürcüstan Ali Məhkəməsinə müraciət edərək bu cinayətkarın əfv olunması barədə vəsatət qaldırıb, lakin məhkəmə və hüquq-mühafizə orqanları bu tələbi qəti şəkildə rədd edib və bildiriblər ki, terrorçunun əfv edilməsindən söhbət belə gedə bilməz “.

M. Saakaşvilinin Tbilisidə baş verən uğursuz terror aktını xatırlamasına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov münasibət bildirib. O, virtualaz.org-a açıqlamasında Arutyunyanın erməni terror qruplaşmalarından tapşırıq aldığını söyləyib: “Əvvəldən aydın ki, Arutyunyanın dəst-xətti elə erməni terrorçularının dəsti-xəttidir. 2005-ci ildə Gürcüstanda baş verənlər erməni quldurlarının klassik cinayətidir. Arutyunyan şübhəsiz ki, erməni terror qruplaşmalarından ABŞ Prezidentinə qarşı terror aktı törətməklə bağlı tapşırıq alıb. Qanlı qırğınları, erməni vəhşiliklərini, Paris və Moskva hava limanlarında türk diplomatlarına olan hücumları unutmaq olmaz. Tbilisidə də hər şey eyni qaydada hazırlanmışdı, sadəcə bir səhv baş verdi.

Erməni terrorizmi köhnə “brenddir”: harada ki, dinc vətəndaşların təsadüfən olduğu yerlərdə qəddar, amansız terror aktları baş verir, orada ilk növbədə, erməni izi axtarmaq lazımdır. Beynəlxalq ictimaiyyətə tez-tez xatırladılmalıdır ki, Amerika prezidentinə sui-qəsd cəhdinin arxasında dayanan erməni terrorçularıdır ”.

Səməd Seyidov

Buna gürcü politoloqu Soso Tsintsadzenin də şübhəsi yoxdur: “Ermənistanda kimsə Arutyunyanın hərəkətlərinə haqq qazandırmağa çalışırsa, bu heç kimə şərəf gətirmir. Arutyunyan təhlükəli bir terrorçu kimi Gürcüstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib və hərəkətlərinə heç bir bəraət yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi on beş il əvvəl baş vermiş terror aktına daha sərt qiymət verir: “Biz erməni terrorçularının cinayətlərindən hamıdan çox xəbərdarıq. Azərbaycan 20-ci əsrin əvvəllərindən bəri erməni terrorundan əziyyət çəkir. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı qanlı aktlar, 1992-ci ildə Xocalıda 613 mülki şəxsin vəhşicəsinə qətlə yetirilməsi, bu gün Ermənistan ordusunun əsgərləri tərəfindən azərbaycanlı mülki şəxslərə edilən hücumlar – bütün bunlar erməni terrorizminin xronikasıdır. Bu ölkənin təcavüzkar siyasəti çoxdan terror meyllərinə söykənirdi. İstənilən terrorizmə haqq qazandırma özünü məhvə aparmaqdan başqa bir şey deyil”.

Share: