Virusa yoluxma hallarının artığı və xəstələrin sayının çoxaldığı şəraitdə…- Elçin Mirzəbəyli yazdı

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Koronavirusla mübarizə, karantin və onun doğurduğu sosial-iqtisadi problemlər artıq bir neçə aydır ki, sosial şəbəkələrin Azərbaycan seqmentində də əsas müzakirə mövzusudur. Son günlər isə müzakirələr daha intensiv xarakter alıb.

Bir çox hallarda təhrif olunmuş faktlara, əsassız məlumatlara, COVİD-19 virusuna yoluxma hallarının, iqtisadi tənəzzülün qarşısının alınması, sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında yanlış, reallıqdan uzaq və bəzən də qərəzli şərhlərə söykənilərək irəli sürülən iddialar, aparılan müzakirələr, təəssüf ki, bir çox hallarda məqsədyönlü şəkildə ictimai rəyin çaşdırılmasına, görülən işlərin üzərinə kölgə salınmasına xidmət edir.
İddia olunur ki, Operativ Qərargah, həmçinin TƏBİB onlara həvalə olunan işin öhdəsindən gələ bilmirlər. İndiki halda, prosesdə iştirak etməyən, insanların həyatlarına, sağlamlıqlarına, sosial problemlərinin həllinə görə heç bir hüquqi məsuliyyət daşımayan şəxslərin bu və ya digər qurumu günahlandırmasından, ən müxtəlif iddialarla çıxış etməsindən asan heç nə ola bilməz. Real faktlara istinad etmək, nəinki Azərbaycanın, dünyanın ən nəhəng dövlətlərinin səhiyyə sistemlərinin, iqtisadiyyatlarının pandemiyaya hazır olmadığını, COVİD-19 təhlükəsinin bəşəriyyəti qəfil yaxaladığını nəzərə almaq, ölkəmizdə görülən işlərin müqayisəli təhlilini aparmaq, görünür müəyyən qədər zəhmət tələb etdiyi üçün bəziləri daha asan yola üz tutmağa üstünlük verirlər.
Amma hadisələr hər kəsin, o cümlədən “asan yola üz tutanların” gözü qarşısında cərəyan edib. Ölkəmizdə koronavirusa qarşı mübarizənin ilk günlərindən vəziyyət Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən nəzarətə götürülüb və sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Xüsusi xəstəxanaların müəyyənləşdirilməsi və onların texniki təminatı, yeni xəstəxanaların açılması, modul tipli xəstəxanaların quraşdırılması, yeni laboratoriyaların alınması, dünya ölkələri arasında kəskin mübarizə şəraitində süni nəfəs aparatlarının əldə edilərək Azərbaycana gətirilməsi, testlər, dərman preparatları ilə təchizat və zəruri olan digər məsələlər ən qısa zamanda həll edilib. Bütün bunların həyata keçirilməsi isə sosial şəbəkələrdə status paylaşmaq qəsər asan deyil. Görülən hər bir işin arxasında böyük maliyyə vəsaitləri, insan əməyi dayanır.
Son bir neçə ayın ərzində 20 mindən çox Azərbaycan vətəndaşı xaricdən ölkəmizə gətirilib, 4-5 ulduzlu otellərdə karantin təşkil edilib. Keçirilmiş testlərin sayına görə Azərbaycan hazırda dünyada öncüllər sırasındadır.
Məhz bu tədbirlərin nəticəsində dünyanın ən inkişaf etmiş, iqtisadiyyatı bizdən dəfələrlə böyük olan ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.
Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər və əldə etdiyi nəticələr dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib.
Pandemiyanın ilk günlərindən əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə milyardlarla vəsait ayrılıb. Bütün bunları və qeyd edilməyən bir çox məsələləri nəzərə aldıqda, Operativ Qərargahın və TƏBİB-in işin öhdəsindən gələ bilmədiyi barədə iddiaların son dərəcə qeyri-səmimi və reallığı əks etdirmədiyi aydın görünür.
Sosial şəbəkələrdə aparılan müzakirələrdə, xəstəxanalarda xəstələrin çox olduğu, həkimlərin isə çatışmadığı iddia olunur. Amma nəzərə alınmır ki, müxtəlif regionlar və ölkələrdə xəstəliyin pik dövrü ayrı-ayrı vaxtlara təsadüf edir. Avropada, ABŞ-da, eləcə də digər region və ölkələrdə hələ də pandemiyanın ağır fəsadları özünü göstərir. Bütün bu faktlarla tanış olmaq, yaxud yaddaşı təzələmək üçün çox da uzağa getmək lazım deyil. Sosial şəbəkələr İtaliya, İspaniya və digər ölkələrdə təcili tibbi yardımın müraciətlərə gedə bilmədiyini, insanların evlərində köməksiz qalaraq çox ağır duruma düşdüjlərini, xəstəxanalarda yer çatışmaması səbəbindən yeni xəstələrin palatalarda deyil, dəhlizlərdə yerləşdirildiyini, onlara tibbi xidmətin göstərilmədiyini nümayiş etdirən minlərlə videogörüntü var. Maraqlıdır ki, bu gün sosial şəbəkələrdə ölkəmizdə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa çalışan istifadəçilərin böyük əksəriyyəti bir neçə müddət öncə yuxarıda adlarını sadalamadığım və sadalamadığım ölkələrdəki vəziyyəti əks etdirən dəhşətli görüntülər paylaşırdılar… Zəhmət çəkib bu görüntüləri axtarmaq bir kənara qalsın, heç olmasa öz paylaşdıqlarına yenidən nəzər salsınlar…
Təxminən 10-15 gün öncə nəhəng iqtisadiyyata, təbii ehtiyatlara, insan resurslarına malik olan ölkələrdə mütəxəssis, avadanlıq, dərman qıtlığı səbəbindən xəstələr arasında seçim etmək məcburiyyətində qaldıqları, bəzi xəstələrin isə taleyin hökmünə buraxıldıqları sosial şəbəkələrin Azərbaycan seqmentində də geniş müzakirə olunurdu, insanlar baş verənlərdən təəccübləndiklərini və narahatlıq keçirdiklərini bildirirdilər. Bizim ölkəmizdə isə, Allaha şükür, belə hal müşahidə olunmur. Xəstəxanaya daxil olan bütün şəxslər müvafiq yerlə təmin olunur, onlara müalicə tətbiq edilir, onlara dövlət hesabına dərmanlar verilir və xidmət göstərilir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, virusa yoluxma hallarının artığı və xəstələrin sayının çoxaldığı şəraitdə mütəxəssislərin çatışmaması və xidmət keyfiyyətinin aşağı düşməsi bütün ölkələr üçün spesifik haldır. Şübhəsiz ki, belə halların baş verməməsi üçün Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edir.

127 baxılıb
mersin escort