Əsəd istefa verib, bir ölkəyə sığınacaq – Şok iddia

Suriyada 9 il davam edən vətəndaş müharibəsindən sonra dövlət başçısı Bəşər Əsədin istefa verəcəyi və bəlli bir ölkəyə sığınacağı iddia edilib.

Müstəqil.Az  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Əsədin Yaxın Şərqdəki ölkələrdən birinə üz tutacağı bildirilib. İddiaya görə, Əsəd yaxın günlərdə televiziyadakı çıxışında istefasını elan edəcək.

Yaxın Şərq üzrə mütəxəssis Turan Qışlaqçı bildirib ki, Əsədin istefasını gözəyən bir çox ölkələr bundan sonrakı mərhələdə Suriyaya göstərcəkləri maddi yardımın həcmini artıq müəyyən ediblər.

“Blumberq” agentliyinə danışan Rusiyanın Suriyadakı keçmiş səfiri Aleksandr Şumilin də rejim başçısı ilə bağlı ilginc fikirlər səsləndirib:

“Kreml Suriyadakı baş ağrısından xilas olmalıdır. Problem Əsəd və komandası ilə bağlıdır”.

Müstəqil.Az

Share: