“Ramin Bayramlı işinin başındadır” – VİDEO

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı işinin başındadır”.

Müstəqil.AZ  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O deyib ki, TƏBİB sədri REACT-C19 layihəsi çərçivəsində ölkəyə gələn həkimlərimizlə birlikdə çalışır:

“Pandemiya xəstəxanalarında monitorinqlər keçirilir. R.Bayramlı da həmin proseslərə şəxsən nəzarət edir. Lahiyə başa çatsa da, həkimlər hələ də işlərini davam etdirirlər”.

 

Müstəqil.AZ
Share: