İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Jüli Peyetə məktub göndərib.

Müstəqil.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım General-Qubernator,

1 İyul – Kanada Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Kanada münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün böyük imkanlar vardır. Ölkənizin beynəlxalq təşkilatlar çərçivəsində BMT Nizamnaməsi və Helsinki Yekun Aktını rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu çətin dövrdə Azərbaycan xalqının dost Kanada xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

Müstəqil.AZ

Share: