COVİD-19 Allah bəlası olsaydı, nə həkimlərimiz, nə polislərimiz bu bəlaya münasibətdə bu qədər məsuliyyətsiz davranmazdılar

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Hüsəma bin SARXAN

Havamız da deyəsən koronaya yoluxub. Gah qızdırır, gah titrədir, gah əsir-coşur, gah tutulub-açılır, gah… gah… gah… Gahgahlar bitib-tükənmir canım Məmləkətimdə.

Vəziyyət o yerdədi, normal insanın hər il təkrar-təkrar yaşadığı əlamətlər -öskürək, asqıraq, göz qızartısı, səpişiklər, dad-qoxu hissiylə bağlı problemlər və sair və ilaxır – COVİD-19 adlı bəlanın simptomları kimi insanlara sırıdılır. Vahimənin yaratdığı aura o qədər güclüdür ki, insan nələr baş verdiyini anlaya bilmir.

Tək bir əlamət qalıb ki, adına os…ğ deyirlər, çox çəkməz ÜST bu “hay-küy” prosesini də koronavirusun əlamətləri siyasına salar. Toy bundan sonradı. Büz görüm nə vaxta qədər büzəcəksən. Hərçəndi, Allahın və təbiətin yaratmadığı bu virusun varlığına zərrə qədər şübhəm yoxdu. Təhlükənin ciddiliyi də məhz budu. O mənada ki, COVİD-19 Allah bəlası olsaydı, nə həkimlərimiz, nə polislərimiz bu bəlaya münasibətdə bu qədər məsuliyyətsiz davranmazdılar.

Təsəvvür edin, ölkəmizin 8 ərazisində sərt karantin rejimi tətbiq edilməsinə bazmayaraq, bütün iaşə obyektləri tam gücüylə işləyir, bütün növ nəqliyyat vasitələrinin və ərazidə yaşayan insanların sərbəst hərəkətinə şərait yaradılır. Cəlilabad rayonundakı İdman Kompleksinin yanındakı polis postu “xeyriyyəçiliklə”, Mərkəzi rayon və Diaqnostika Mərkəzinin həkimləri sırf “şantajla” məşğuldurlar. Polisin və həkimlərin məsuliyyətsiz davranışları virusun qol götürüb oynamasında başlıca amildir. Başqa fəsadlar öz yerində.

Məsələn, Baş Nazirin dünənki tele-müşavirəsindən sonra baş verən prosesləri heç anlamaq olmur. Nədən, sərt karantin rejiminin qaydaları İH başçılarına, digər aidiyyatı qurumların rəhbərlərinə personalnı izah edilməlidi? Bəyəm onlar, qaydaları bilmirlər? Bilirlərsə məqsədləri nədir? Axı dünən gecə yarısına qədər işləyən kafe və yeməkxanalara “fərraş” göndərib, “fəaliyyətinizi dayandırın” əmri vermək, obyekt sahibinin evini yıxmaqdı! O mənada ki, obyekti işlədən şəxsin realizə edə bilmədiyi “nisyə” məhsullarının “vozvratı” yoxdu öz yerində, üstəlik nələr, nələr…

Bütün bu türlü həngamələrdən sonra, həmişə olduğu kimi günah keçisi elan edilən adi insanlardı. Bu əxlaqla, bu davranışla, bu “göstərişlə” kimsəni koronanın varlığına inandıra bilməyəcəyik. Bir məmləkətin polisi bir manat pul müqabilində qaydaları pozursa, bir məmləkətin həkimi əlinə düşən fürsətdən yararlanmağa çalışırsa, yıxılıb evimiz!

Mübarizə metodları təcili dəyişdirilməli, yerlərdə karantin rejiminə nəzarət kənd icra və bələdiyyə qurumlarına həvalə edilməlidi. Ümumi nəzarət polisdən alınıb Prokurorluq və DTX orqanlarına həvalı edilməlidi. Ərazilərdəki ağsaqqallar, nüfuzlu insanlar, havayı maaş alan müəllimlər lazımı vəsaitlərlə təmin edilib, ümumi mübarizəyə cəlb edilməlidi. Əks təqdirdə, Dövlətin və Prezidentin dəstəyi də məna və keyfiyyətini itirəcək. Həmişə olduğu kimi qazanan, fürsətcillər, insan və dövlət mənafeyini heçə sayan “alverçilər” olacaq.

215 baxılıb
Paylaş
mersin escort