Rusiyada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Müstəqil.AZ-ın məlumatına görə, ölkədə son sutka ərzində 6 852 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 627 646 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 969 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 393 min 352 nəfər virusdan sağalıb, 225 min 325 nəfərin müalicəsi isə davam edir.

Müstəqil.AZ

Share: