… Bir çimdik ağrı… – Vidadi Həsənov

Vidadi Həsənov
... Bir udum
hava,
bir tikə
çörək,
bir çimdik
ağrı,
bir parça
ürək –
adamın
lap gülməyi gəlir …
… Bir sərrast
güllə,
bir gilə
göz yaşı,
bir ovuc
torpaq,
bir adsız
baş daşı –
adamın
lap ölməyi gəlir …
Share: