Azərbaycanlı milyarderin boşanma qalmaqalı: pula görə ana oğluna qarşı çıxır…

Milyarder Fərhad Əhmədovun oğlu anasının Londonda məhkəməyə verilməsi qərarını “qanuni don geydirilmiş qəsb” ilə müqayisə edib, anası ilə məhkəmədə çəkişmək əvəzinə öz həyatını yaşayacağını bildirib.

Virtualaz.org bildirir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

“Mənim 26 yaşım var və mən anamı məhkəməyə vermək əvəzinə öz həyatımı yaşamaq istərdim”,- milyarder Fərhad Əhmədovun və keçmiş həyat yoldaşı Tatyananın oğlu Teymur Əhmədov anasının ona qarşı qaldırdığı məhkəmə iddialarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Tatyana Əhmədovanın iddia hüquqlarını təhvil verdiyi İngiltərə məhkəməsi və “Burford Capital” şirkəti , onu öz oğlunu məhkəməyə verməyə vadar edib.

“Atam beş il əvvəl anama 150 milyon dollar ödəməyi təklif etdi, amma indi 3 vəkilin köməyi ilə piroqun bir hissəsini almaq istəyir”, – o əlavə edib.

Fərhad və Tatyana Əhmədovların boşanma prosesi 2013-cü ildən bəri davam edir. Londonun Yüksək Məhkəməsi 2016-cı ilin dekabrında milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (o vaxt təxminən 584 milyon dollar idi) ödəməyə məhkum edib, lakin Əhmədov məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Təzminatı almağa  çalışan Tatyana Əhmədova isə sonradan oğlunun atasının aktivlərini gizlətməyə kömək etdiyini bildirərək onu məhkəməyə verib.

Məhkəmə iddiasında deyilir ki, Teymur Əhmədov əslində atanın köməkçisi kimi fəaliyyət göstərib və anasının bu mənbələri öz xeyrinə geri ala biləcəyi dəyərlər və maliyyə alətlərini yurisdiksiyalardan çıxarmaq üçün sxemlərin hazırlanmasına və həyata keçirilməsinə kömək edib.

Teymur Əhmədov Londonda özünün müdafiəsi üçün iki cavab iddiası qaldırıb. Onlardan birində, ananın vəkillərinə pul ödəməsinin qadağan edilməsini tələb edib, çünki məhkəməsi üçüncü tərəf “Burford Capital” fondu tərəfindən maliyyələşdirilir və nəzarət olunur. İkinci məhkəmə iddiasında Teymur anasının müdafiəsi ilə təmin edilən bəzi sənədlərin şəxsi həyatı ilə əlaqəli olduğu üçün məhkəmə prosesinin açıq elan edilməsini tələb edib. İyunun 12-də hakim Kvinnet Nouels Teymurun mübahisəli səbəbləri olmadığına görə rədd edib.

“Hakim Nouelsin qərarı qətidir və mənə qarşı ayrıseçkilik etməyən apelyasiya məhkəməsinə göndəriləcək”,- deyə Teymur Əhmədov “Forbes” jurnalına bildirib.

Müstəqil.Az

 

Share: