Deputat seçicilərin problemlərinin parlament iclasında qaldırılmasına qarşı çıxdı

Deputat Fəzail Ağamalı parlamentin iclasında həmkarlarını seçildiyi dairənin problemlərini Milli Məclisdə qaldırmamağa çağırıb.

Müstəqil.Az Oxu.Az-a istinadla bildirir ki , F.Ağamalı bildirib ki, deputatlar seçildikləri dairənin problemlərini Milli Məclisdə səsləndirərkən bu, anti-milli qüvvələrin əlində fürsət yaradır.

Millət vəkili təklif edib ki, parlamentdə daha böyük məsələlər qabardılmalıdır.

“Dəyərli həmkarlarımdan xahiş edirəm ki, təklifimi nəzərə alsınlar. Parlamentin iclaslarında daha çox böyük problemlər gündəmə gətirilməlidir”.

Share: