Koronavirusda ŞAD XƏBƏR: sürətlə sağalırlar

Dünya miqyasında koronovirusdan sağalanların sayı 4,5 milyonu ötüb.

Publika.az xəbər verir ki, bu günə qədər 4 milyon 535 min 951 nəfər COVİD-19 xəstəliyinə qalib gəlib.

Hazırda yoluxanların sayı 8 milyon 586 mindən çoxdur.

Xəstəlik səbəbilə 456 min 468 nəfər dünyasını dəyişib.

3 milyon 594 min 155 nəfərin müalicəsi davam etdirilir. Onlardan 54 min 576 nəfərin vəziyyəti kritik qiymətləndirilir.

Bu gün ərzində 16 min 190 yeni yoluxma, 893 ölüm qeydə alınıb.

Share: