“Bakı şəhəri içinə “cin doldurulmuş butulka” kimidi…”

Ölkə üzrə koronaya yoluxmuş insanların minimum 50 %-dən yuxarısı, müxtəlif dəri-zöhrəvi və sair infeksion xəstəliklərin 70-80%-i paytaxtın payına düşür.

Müstəqil.Az bildirir ki, bu sözləri Cəlilabadda yaşayan tanınmış qələm adamı Hüsamə bin Sərxan özünün  feysbuk səhifəsində paylaşıb.

“Bu günkü Bakı şəhəri ” içinə cin doldurulmuş butulka” kimidi. Bir an yetər ki, butulkanın təxacını qaldırasan. Nə gözəl Azərbaycan! Hər “probka” açılanda olmasa-olmasa, onlarla virus daşıyıcısı aradan çıxıb, özünü atır çoxdan tüpürdüyü nənəsinin, babasının, anasının qucağına. Atasını ona görə demirəm ki, oğlunun getdiyi yolu, – o, ata olmazdan qabaq, coxdan gedib və oğul nə karədir ki, atasını aldatsın.

Bir sözlə, keyfi saz olanları öldürsən də rayona üz tutmayacaq. Fürsətdən istifadə edib rayona qaçanların isə əksəriyyəti virus daşıyıcılarıdı. Ölənin, cəhənnəmə gedənin özünə yoldaş axtarması təbii haldı.

Anlaşılmayan Operativ Qərargahın, Səhiyyə nazirliyinin, TƏBİB-in, ələlxüsus polisin mövqeyidi. Ona görə ələlxüsus ibarəsindən istifadə edirəm ki, Bakı şəhəri tam qapanmalıdı. Nədəni çox sadədi, bəlkə də biabırçılıqdı. O mənada ki, 1istənilən şəxs 50 manatından keçib, paytaxta girə bilir. Zira, rayona gedənlərə məhdudiyyət yoxdu. Elə bil, dövlətin içindəki hansısa gözəgörünməz qüvvə koronavirusun əyalətlərə yayılmasında maraqlıdı.”

Müstəqil.Az

Share: