Mübariz Mənsimovun məhkəmə vaxtı məlum oldu -Video

Müstəqil.Az xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun məhkəməsinin dəqiq vaxtı məlum olub. Bu haqda Şirkətin  mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva özünü feysbuk səhifəsində paylaşım edib.

“Mübariz Mənsimovun işi ilə bağlı ən son məlumatı Sizinlə paylaşmaq istəyirəm.
 
“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsi iddianaməni qəbul etdi. Və bununla da məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edildi. Məhkəmənin ictimayət və mətbuat üçün açıq yaxud qapalı olacağı barədə məhkəmə qərar verəcək.
 
Belə bir vəziyyətdə bizlər tərəfindən hər hansı yanlışlığa yol verməmək üçün Türk məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü Uca Türk Ədaləti deyəcək. “Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!

Müstəqil.Az

Share: