Nərimanov Rafətin başına gətirilən oyunlara niyə göz yumulur ?

Bakı şəhəri Yasamal rayonunda yaşayan Neftçala rayon Qaçaqkənd sakini 1969-cu il təvəllüdlü  Nərimanov Rafət Abış oğlunun Yasamal rayon prokurorluğu müstəntiqi tərəfindən başına açılan oyunlar, yol verilən qanunsuzluqlar barədə yazıb sizə bildirmək istəyirik.

 

Nərimanov Rafətin redaksiyamıza daxil olan məktubunda qeyd edilir : Nərimanov Rafət Abış oğlu 1969 cu ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra vətən borcunu yerinə yetirmək üçün 1987-ci ildə Əfqanıstan Respublikasında xidmət edib. Xidməti dövründə iki dəfə qəhrəmanlığa görə ordeni alıb. Əsgəri xidmətindən sonra BDU-nin psixologiya fakultəsinə daxil olub. 1996-cı ildə universiteti bitirdikdən sonra həmin ildən 2008-ci ilə qədər ayrı-ayrı işlərdə işlərdə işləmişdir. Buna fəhləlik, qaynaqçı köməkçisi, turizm şirkətində baş menecer kimi işləyib. 2008-ci ildən 2018-ci ilə qədər isə FHN-də mütəxəssis kimi işləyib.

Cinayət günü : Müstəqil.Az “İqtisad.org”-a istinadən xəbər verir ki, 2018-ci ilin iyunun 2-də yaşadığı Bakı şəhər Yasamal rayonununda Nizami Qasımov adlı şəxs onun həyat yoldaşına nalayiq sözlər dediyinə görə o öz qanuni ov tüfəngi ilə onun qarajda dayanan avtomobilinin yanına gedib. Nizamı Qasımovun avtomobilinin yanında olduğunu görüb, yuxarı yəni tavana öz qanuni ov tüfəngi ilə bir əl atəş edib. O həmin yerdən qaçmağa başlayıb. O qaçandan sonra avtomobilinə üç güllə atıb. Güllələrdən birinin ayrılan qəlpəsi onun çiyninə yüngül xəsarət verib. Ekspertin də yazdığına görə Nizami Qasımova qəlbə o avtomobildən 5 metrə aralandıqdan sonra dəyib və yüngül xəsarət alıb.Cinayəti törətməkdə şübhəli bilinən Rafət Nərimanov isə polisə gələrək könülü təslim olub.  Yasamal rayon prokurorluğunun müstəntiqi İsmət İsimiyev Nərimanov Rafətdən on min pul istəyib. Pulu istəməyinin səbəbi isə işə qanuni baxılması olub. Belə ki onsuz Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş açılmalı olsada həmin müstəntiq yenə də Nərimanov Rafətdən 10 min pul istəyib. Sonda rüşvətin verilmədiyini görən müstəntiq Cinayət Məcəlləsinin  “228.1” , “228.2”, / “179.3.2” – “29.120.2.5” – “29.120.2.6” – cı maddələrini tətbiq edib. Əslində bu maddələrin Nərimanov Rafətə heç bir aidiyyəti yoxdur.  Sonda Nizami Qasımovun prokurorluğda yüksək vəzifələrdə çalışan qohumlarının sifarişi ilə Nərimanov Rafətə 18-il azadlıqdan məhrum olmuşdur. Bakı Ağır Cinayətlər və  Bakı Apelyasiya Məhkəməsinin Nərimanov Rafətə və onun qohumlarına açıq şəkildə dediyi odur ki, “Prokurorluğla işinizi həll edin, heç kimin heç  bir hədəsi , qanunları bizə lazım deyil. Bizə belə tapşırıq verilib. ” Əmin olduğumu bildirmək istəyirəm ki, hər üç güc strukturlarının rəhbərləri kobud qanun pozuntularına yol vermiş işçilərini ciddi cəzalandıracaqlar və vətəndaş R.Nərimanovun pozulmuş hüquqları bərpa olunacaq.

Nərimanov Rafətin başına gətirilən oyunlara niyə göz yumulur ?

Nərimanov Rafətin başına gətirilən oyunlara niyə göz yumulur ?

Müstəqil.Az
Share: