Yaponiyada kruiz gəmisi yanır

 Yaponiyada kruiz gəmisində yanğın baş verib.

Müstəqil.Az bildirir ki, Trend-in məlumatına görə, yanğın Tokionun yaxınlığındakı İokoqama limanında dayanmış “Asuka-2” gəmisində qeydə alınıb.

Yanğının gəminin yuxarı kayutunda başladığı qeyd edilir. Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir, belə ki, gəmi aprelin 1-dən limanda boş dayanıbmış.

Ümumilikdə isə gəmidə 436 nəfərlik sərnişin kayutu mövcuddur.

Müstəqil.Az

Share: