Dənizçilər üçün yeni dərslik

“GƏMİ KÖMƏKÇİ MEXANİZMLƏRİ, SİSTEMLƏRİ VƏ ONLARIN İSTİSMARI” tələbələrin ixtiyarına verildi.

Müstəqil.Az bildirir ki, əsas müəllifi Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, təcrübəli gəmi mühəndisi və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Hüseyn Məmmədovdur.

ADDA-nın tələbələri üçün dərslik kimi nəzərdə tutulan kitab 380 səhifədən ibarətdir və Akademiyanın sifarişi ilə dərc olunub.

Xatırladaq ki, kitabın müəllifi Hüseyn Məmmədov pedeqoji fəaliyyəti ilə yanaşı yaradıcılıqla da məşğul olur. O. Azərbaycanın tanınmış şairi və bəstəkarı Hüseyn Sözlüdür.
Müstəqil.Az

 

Share: