Şəkillərə köçüb, ürəklərdə qalan Adam

11 may, 2018 ci il. Xırdalan MK da mənim “Hardan düşdün yadıma” adlı kitabımın təqdimatı keçiriləcəkdı. Ümumi səhifəmə yazsam da, bir neçə nəfər istisna olmaqla heç kimə zəng edib deməmişdim.

Fərqanə xanımın xəstə olduğunu bildiyimdən heç ona da deyib əziyyət vermək istəmədim. Zal adamlara dolu olduğundan onun nə vaxt gəldiyindən xəbərim olmamışdı. Birdən kimsə məlahətli səsi ilə ” Nuridə xanım necəsiniz?” deyib qolundan tutdu. Etibar Vəliyev lə gəlmişdi.
Görüşdük , dedim Fərqanə xanım, gərək əziyyət çəkməyəydiniz, sizə qıymıram.
Qayıtdı ki, gəlməyə bilərdimmi, özüm Gədəbəyə könüllü əsir düşsəm də, kəlbəcərliləri çox istəyirəm. Halını soruşdum. Dedi Allah kərimdi, hələ ki dözürəm. Tədbir boyu özünü tox tutsa da narahatlığını hıss edirdim. Söz ona veriləndə hamını salamladı və dedi ki, Nuridə xanım, mən gəlin gətirəndə gəlib qaynanalığı sizdən öyrənəcəm.( sonralar o gəlin gətirəcəkdi və qaynana-gəlin münasıbətlərinin dadını hiss etməmiş, bu dünyaya, və hamıya əlvıda deyəcəkdi ).
O “Şəkildi” şeirini söyləyəndə onu elə qucaqladım ki, sanki elə o an onu itirəcəkdim…
(aşağıda o şəkilləri verəcəm).
…Evdə iki gündür (Onu son mənzilə yola salandan sonra) mənə məxsus olan iki geyim növünə baxa bilmirəm. Biri şərf, o biri xalata bənzər mavi, uzun nakitka.
Yay aylarında idi. Hansısa tədbirdən çıxıb, bulvarda getməyi qərara aldıq.Aləmzər Sadıqqızı , Sulhiyye Musa Qizi , Sehran Allahverdi, Fərqanə xanım və mən.
Bulvar böyü şəkillər çəkdirdik. Mənim əynimdə yuxarıda dediyim həmin nakitka var idi. Dedi nə gözəl rəngi var, dedim qurbandı. Dedi yox istəmirəm. Amma bununla şəkil çəkdirəcəm. Həmin şəkilləri mən çəkdim. Soyunmaq istəyəndə qoymadım ki, mən bunu sizə hədiyyə edirəm. Dedi soyuqlayarsan, geyin get, sonra verərsən. İki gündür yadıma sala bilmirəm ki, mən niyə onu aparmadım.
…İrandan xəstəxanadan qayıtmışdım. Xəstəxanada yatdığım müddətdə vatsapla əlaqə saxlayırdıq.
O da tez tez xəstəliyi ilə əlaqədar İrana gedib gəldiyindən, mənim nələr çəkdiyimi bilirdi.
Bir gün evdə tək oturmuşdum, zəng edib necəliyimi soruşdu. Bizə gəlmək istədiyini, unvanımı soruşdu. Dedim. Sonra hansı rəngi sevdiyimi soruşdu.Elə bildim gül üçün deyir, ağ dedim. Ayrı hansı deyə birdə soruşdu.
Bu dəfə ən sevdiyim rəngin adını dedim, yaşıl.( O yazıları da bu gün tapmışam).
Gəldi. Əlində bir torbanın içində çoxlu şərf gətirmişdi. Sanki uşaqlaşmişdıq. Bütün şərflərlə xeyli selfi elədik, dedik, güldük…
Fərqanə xanım xəstə olanda necə dəfələrlə yanına getmək istədiyimi desəm də, dedi yol uzaqdır, gəlmə. Karonavirus bilsin, görüşərik dedi. Amma sözünü tuta bilmədi. Mən onun özü ilə yox, cansız bədənini son mənzilə yola salmaq üçün getdim…
Ruhun şad olsun Vətənini, xalqını, bayrağını sevən şəkillərə köçüb, ürəklərdə qalan Adam.
Nuridə MİSİR
 
 

 

Share: