COVİD-19 tarixin ən böyük şokunu yaşadacaq

Yeni tip koronavirus və şimal yarımkürəsində qışın mülayim keçməsi səbəbi ilə təbii qaza olan tələbatın bu il 150 milyon kubmetr azalaraq, 3 trilyon 850 milyard kubmetr səviyyəsinə çatacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin “Qaz 2020” adlı hesabatında bildirilib.

“Bu 4 faizlik azalma qlobal qaz tələbatı tarixində illik ən böyük azalma olacaq. Həmçinin, bu rəqəmin 2008-ci ildəki iqtisadi böhran zamanı qaz tələbatında yaranan azalmanın iki qatı olacağı təxmin edilir”, – hesabatda qeyd edilib.

 

Share: