Asayiş keşikçilərinə həqarət yağdıran vətəndaşın zehniyyəti və səviyyəsi yalnız təəssüf doğurur – Əli HƏSƏNOV

Bir neçə aydır ki, Azərbaycanda da pandemiya əleyhinə karantin rejiminə dövlət nəzarətini həyata keçirən polislər öz həyatlarını təhlükə altına ataraq cəmiyyət həyatının rahatlığını, içtimai asayişi və vətəndaşlarımızın sağlamlığını mühafizə edirlər.

Müstəqil.Az xəbər verir ki, bu sözləri tanınmış ictimai-siyasi xadim, professor Əli Həsənov özünün feysbuk səhifəsindəki divarında paylaşıb.

“Haqq və ədalətlə qiymət versək öz işlərinin öhdəsindən kifayət qədər layiqincə və peşəkarcasına da gəlirlər. Gün ərzində hər bir insan bu və ya digər situasiya ilə rastlaşaraq polisə-qanun və asayiş keşikçisinə üz tutur. Əşyası itən, kiminsə tərəfindən raharlığı pozulan, hər hansı bir problemlə rastlaşan, maddi və mənəvi itkiyə məruz qalan hər kəs ilk növbədə ətrafına baxır və imdad üçün polis axtarır. Belə bir reallıq qarşısında dövlətin müəyyən etdiyi qayda-qanunlara əməl etməyə çağıran polisin üzərinə binadan müxtəlif əşyalar atan, asayiş keşikçilərinə həqarət yağdıran vətəndaşın zehniyyəti və səviyyəsi yalnız təəssüf doğurur. Bunun tək bir adı və qiyməti var- cahillik! Belələri bütün xalq tərəfindən qınanmalı və məzəmmət olunmalıdır! Sosial media seqmentlərində də bu cür eybəcər hallar təqdir deyil, əksinə məzəmmət olunmalı və qınanmalıdır. Öz polisinə- asayiş keşikçisinə əl qaldırmaq, son nəticədə dövlətə əl qaldırmaqdır!”, – paylaşımda deyilir
Ə.Həsənox daha sonra əlavə edir: “Dünən çevik polis əməkdaşlarının həmin binada keçirdiyi əməliyyatla bağlı şəbəkələrdə yayılan görüntülər, təəssüf olsun ki, heç bir xoş ovqat yaratmadı. Məncə istər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini almalı və müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə cəmiyyətimiz belə hallardan sarsıla bilər.”

Müstəqil.Az

Share: