Cəlilabadın Ocaqlı kənd sakini özünü yandırıb – intihara cəhd

Dünən Cəlilabadda dəhşətli hadisə baş verib.
Müstəqil.Az– yerli sakinlərin verdiyi məlumata görə rayonun cağlı kənd sakini Həsənov Vüqar Azadxan oğlu üstünə benzin tökərək özünü yandırıb. Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Hadisənin təfərrüatları məlum deyil.

Cəlilabad xəstəxanası yanğının dərin qatlara işlədiyini nəzərə alaraq yaralını qəbul etəyivbqəbul etməyib. Deyilənə görə bədənin 90%-i yanıb.

Hadisənin baş verməsinin müxtəlif səbəbləri göstərilir.

Rayonda dəllallıqla pensiya və sosial müavinat düzəltmək kimi işlərlə məşğul olan Vüqarın  Üçtəpə kəndində məşhur olan bir ailə ilə qohum olduğu da bildirilir. Hadisənin ailə münasibətləri zəmnində baş verdiyi də deyilir.

Hadisə ilə bağlı cinayət işi açəlıb, tədqiqat aparılır.

Müstəqil.Az

Share: