Oğuzda 17 yaşlı qız intihar edib

Oğuzda gənc qız özünü asıb.

Müstəqil.AZ-ın məlumatına görə, hadisə rayonun Zərrab kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Share: