Pandemiya dövründə həkim soyğunçuluğu, yaxud Azərbaycan Tibb Universitetinin Tədris Caərrahiyyə Klinikasında nələr baç verir?..

Bir neçə il öncə Sumqayıtda cərrahın səhvən xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsməsi xəbərini eşidəndə, sözün əsl mənasında, vahimələnmişdim, şoka süşmüşdüm… Onda heç ağlıma belə gəlməzdi ki, buna bənzər bir iş illər sona mənim də başıma gələ bilər.. Amma necə deyərlər .. “.deyilənlər gəldi başa…”. Bir yandan da.. bu koronavirus…
Bu il martın 11-də həyat yoldaşım R.Əhmədova ATU-nun Tədris Cərrahiyyə Klinikasında qida borusundan cərrahi əməliyyat olunarkən səhvən xəstənin nəfəs borusunu da deşdilər.. nələr çəkdik bi 8 gündə klinikanın qapısında.. İnsafən səhvini cərrah Arif Ağayev özü də etiraf etdi və xəstənin həyatını təhlükə qarşısında qoymadı, açıq əməliyyata keşərək həyatını xilas edə bildi.Bu işdən baş həkim Ramiz Poluxovun da xəbəri var..
Qısası, 3 min manatlıq əməliyyat mənə 10 min manata başa gəldi. hələ cərraha verdiyim 3 min manatı demirəm..Nəfəs borusunun müaliçəsi üçün əlavə ödənişləri dayandırmaq üçün xalq yazıçısı hörmətli Anar müəllimin baş həkimə zəng etməsi də bu soyğunçuluğun qarşısını ala bilmədi
.., görəsən, Azərbaycanın adlı-sanlı bir Yazıçısının yerə düşən Sözünü .. yerdən qaldırmağa kimin gücü cata bilər?
Bir yandan da bu koronavirus…
Akif Ahmədgil
Share: