“26 yaşlı Hacıbəyli bu cür deputat seçildi”

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov olduqca maraqlı açıqlamalar verib.

Müstəqil.AZ  xəbər verir ki, S.Novruzov hazırda Milli Şuranın aparıcı simasına çevrilən Gültəkin Hacıbəylinin hələ 26 yaşı olarkən Goranboydan necə deputat seçildiyinə aydınlıq gətirib.

Millət vəkili deyib ki, o vaxt G.Hacıbəyli “91-lər”dən olan Ariz Əbdüləliyevə alternativ idi. YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməsi üçün təkid edib.

S.Novruzov bildirib ki, YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməklə G.Hacıbəylinin deputat seçilməsinə şərait yaradıb.

Millət vəkili qeyd edib ki, G.Hacıbəylinin arxasında “gözəgörünməz əllər” olduğu üçün YAP ona dəstək verib.

“Bax, indi Gültəkin həmin “gözəgörünməz əllərin” dalınca danışır”, – S.Novruzov deyib.

S.Novruzov C.Həsənlinin də deputat seçilməsində YAP-ın xüsusi rolu olduğunu xatırladıb:

“Cəmil Həsənli həmişə də Azərbaycan hakimiyyətini tərifləyib. Təhsil komitəsinin üzvü idi və təhsillə bağlı məsələlərdə ona söz verilirdi. C.Həsənli də Azərbaycan təhsilinin inkişafından, yeni məktəblərin tikilməsindən danışırdı. Seçilməyən kimi dedi, Azərbaycanda təhsil yoxdur. Budur bunların siması”.

 

 

Müstəqil.AZ

Share: