“Biz səni unudacağıq, amma sən bizi unutma!..” – Fuad Səyyah yazır…

Fahişəlikdən intihara.
“Fahişəlik təkcə bədənlə deyil,düşüncələrlə də ola bilir”
Ağlıma gəlməzdi ki,haçansa bir yazı yazam və o yazının ilk sözü “fahişə” olsun.Ya savadsızlıqdan,ya milli mentalitetə bağlılıqdan,ya aşırı övlad sevgisindən,ya zəlzələdən,ya vəlvələdən,səbəb hər nə olursa olsun,çox təəssüf ki,dolayısı yolla da olsa, öz övladını bu yola sürükləyən valideynlər də var.
Hal-hazırda yaşadığımız cəmiyyətdə boşanmış və dul qadınlara “MEMİ” dükanlarının təqdim etdiyi “second hand” məhsulları kimi baxılması azmış kimi,öz ayağı üstündə dayana bilmək üçün əlindən gələni edən,oxuduğu universitetə yüksək balla daxil olan,müəllimlərin və tələbələrin hörmətini qazanan,özü haqqında heç bir mənfi fikir formalaşdırmayan subay qızlara qarşı da zorakılıq davam etməkdədir.
Heç bir valideyn övladının pisliyini istəməz.
Məncə də,istəməz.
Ancaq hər bir valideynin borcudur ki,övladının düşüncələrinə və hisslərinə hörmətlə yanaşsın.Yuxarıda saydığım özəlliklərə və insani dəyərlərə sahib olan bir qız uşağını istəmədiyi bir şeyə məcbur edə bilməzsiniz əziz valideynlər.Ağlınız “qız uşağının məktəb də nə işi var?” deyib evə həbs etdiyiniz,gəncliyini əlindən alıb öz iyrənc düşüncələrinizə qurban etdiyiniz məzlumlara getməsin.
Bir qız “Mən o adama ərə getmək istəmirəm” deyirsə və sən valideyn olaraq onu buna məcbur edirsənsə,dediyim kimi bu fahişəliyə sürükləmək olur.Kişilərdə olduğu kimi hər bir qadının da hissləri və duyğuları var.Əgər o qız özgəsini sevib,sənin seçdiyin adama ərə gedib,ər yatağında sevdiyini xəyal edərək “üstündəki”ndən canını qurtarmaq istəyirsə,sənə təzə xəbərim var.Öz aləmin də qoruyub saxlamağa çalışdığın o “qeyrət” deyilən şey səndə yoxdur.
İntihar etdi.
İnsan övladının ata biləcəyi ən cəsarətli addımı atdı və özünə qıydı.İstər ictimai qınaqdan yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi günahkar çıxarmağa hazır olan “valideyn”lərin,istərsə də beynindən başqa hər yeri ilə düşünməyi və əlindən başqa hər yeri ilə qələm tutmağı bacaran “jurnalist” lərin hesabına haqqında çox şey deyiləcək.Ancaq dəyişilməyən yenə də Günelin ölümü olacaq.
Sadəcə bir şeyi dəqiq bilirəm ki,bir insan özünə qəsd etmək üçün nə az,nə çox 18 mərtəbəyə qədər bir məsafəni qət edərkən fikrindən dönməyibsə demək bu işin mütləq bir “əmma”ası var.
Rahat uyu Günel.
Biz səni unudacağıq, amma sən bizi unutma!
Əgər bu dünyaya bir də yolun düşsə,ya qız olaraq gəlmə,ya da bu ölkəyə gəlmə.
Allahın elə bil bu ölkəylə şəxsi-qərəzi var.
Özünə söz verib ki,bütün mələkləri yığıb aparacaq.
Fərəhə,Zəhraya,Elinaya bir də Nərminə yaxşı bax.
Qız uşağıdırlar, ağılları kəsməz,adlarına “söz” gələr.
La imagen puede contener: 1 persona, primer plano
Fuad Səyyah
Share: