“Semaşko”da ayağı sınan uşaqdan 350 manat istəyiblər

Jurnalist həmkarım Elçin Bayramlı Facebook-da ayğı sınan bir uşaq barəsində status yerləşdirib. Şəxsən mənə çox pis təsir etdi. Pandemiya dövründə həkimlərə münasibətin xoş və hörmətli bir dönəmində ayağı sınan bir uşağa hansısa şərəfsiz “həkimin” rəftarı məni hövsələdən çıxartdı.

Əvvəlcə jurnalist Elçin Bayramlının status ilə tanış olun: “3 yaşlı uşağın ayağına həyətdə kubik düşüb. Ayağı qırılıb, aparıblar 1 saylı Kliniki Tibbi Mərkəzə(Semaşko). 

Orda da həkimlər 350 manat istəyiblər. Ailə də çox imkansızdır. Borc-xərc 200 manat düzəldə biliblər. Amma həkimlər bu pula razı olmayıb. Uşağın ayağı şişib su yığılır və qanqerana olub, kəsilmə ehtimalı var. 150 manata görə şikəst olacaq.

Səhiyyə Nazirliyi ilə əlaqəsi olan jurnlaistlərdən xahiş edirəm kömək etsinlər tapşırılsın xəstəxanaya.

PS. Jurnalist dostlardan biri həll etdi çox sağ olsun”

1 saylı Klinik Tibbi Mərkəz kimə tabedir dəqiq bilmirəm. Amma məncə TƏBİB-ə tabedir. Bütün günü efirdə olan bu qurumun rəhbəri Ramin Bayramlının Koronovirus Pandemiyası dövründə fəailiyyətini mətbuat və cəmiyyət yüksək qiymətləndirdi. Amma belə faktlar ortaya çıxanda onun gördüyü işlərə və efirdəki səmimiyyətinə şübhə edirik. Burdan TƏBİB-in rəhbəri Ramil Bayramlıya müraciət edirəm ki, prezidentin tapşırıqlarını yerinə yetirən gənc kadr kimi fəailiyyətinizə kölgə salınmasına imkan verməyin. Və bu problemi həll edib o şərəfsiz həkimi cəzalandırın.

 Şöhrət El-Dəniz

Visiontv.az saytının

baş redaktoru

Share: