İran millisinin üzvü “Arsenal”ın “radar”ında

“Zenit”in hücumçusu Sərdar Azmun karyerasını İngiltərədə davam etdirə bilər.
 

Müstəqil.AZ AreaNapoli.it saytına istinadən xəbər verir ki, “Arsenal” Azmunun xidmətində maraqlıdı. Baş məşqçi Mikel Arteta transferlə bağlı “topçular”ın və “Zenit”in sabiq oyunçusu Andrey Arşavinlə əlaqə saxlayıb.

 

Daha əvvəl Azmunun adı “Napoli” və “Milan”la birlikdə hallanırdı. 2019-20 mövsümündə Rusiya Premyer Liqasında 21 matçda meydana çıxan iranlı futbolçunun aktivində 10 qol, 6 məhsuldar ötürmə var.
Arşavinin “Zenit”in idman departamentində yüksək vəzifə tutacağı bildirilir. O, 2011-2012-ci illər aralığında “Arsenal”da Artetanın komanda yoldaşı olub.

Müstəqil.AZ

Share: