Azərbaycana qarşı səmimi dost və müttəfiq…

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Asiya İnkişaf Bankının prezidentinin təşəbbüsünə əsasən dövlət başçımız İlham Əliyevlə videokonfrans formatında keçirilən görüş Azərbaycanla bağlı bir sıra pozitiv məqamları üzə çıxardı.

Belə ki, sözügedən bankın rəhbəri Azərbaycanın pandemiya dönəmində nümunəvi davranışını, koronavirus infeksiyasının fəsadlarından əziyyət çəkən ölkələrə qarşı humanist addımlar atmasını xüsusi qeyd etdi və bildirdi ki, Azərbaycan dövləti 14 dövlətə pandemiya dövründə maliyyə dəstəyi verib, digər yardımlar edib, tibbi ləvazimatlar göndərib.

Bu faktın özü onu göstərir ki, Azərbaycan oturuşmuş bir ölkə kimi özünü kifayət qədər inamlı hiss edir və Türk Şurasındakı, Qoşulmama Hərəkatındakı liderlik vəzifələrinin öhdəsindən layiqincə gələ bilir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, pandemiya dövrü hər bir dövlətin simasını əyani şəkildə göstərdi, kimin özünü necə aparması, hansı potensiala malik olması tam şəkildə üzə çıxdı. Bu faktın özü heç kimə sirr deyil ki, bugün dünyanın 150-yə yaxın ölkəsi beynəlxalq maliyyə institutlarına müraciət edərək, yardım istəyib. Əks halda onlar pandemiyanın öhdəsindən təkbaşına gələ bilməyəcəklərini vurğulayıb. Lakin sevindirici haldır ki, bizim ölkəmiz bu dövlətlərin sırasında deyil. Əksinə, bu gün Azərbaycan özü iki beynəlxalq təşkilatın rəhbəri kimi başqalarına maliyyə yardımı göstərir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar vəsait ianə edib.

Əlavə olaraq, ÜST-ün xətti ilə pandemiyadan ziyan çəkən daha 15 ölkəyə yardım göstərilməsi nəzərdə tutulur. Azərbaycanın bu cür qlobal yardım təşəbbüsləri son vaxtlarda ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Azərbaycana qarşı səmimi dost və müttəfiq münasibəti bəsləyən ölkələrin sayı get-gedə artır. Bütün bunlar isə Qarabağ problemimizin çözülməsi prosesində Azərbaycan üçün hava-su kimi vacib olan etibarlı beynəlxalq dəstəyə nail olmaq şanslarımızı artırır.

Əlisahib Hüseynov

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

92 baxılıb
Paylaş
mersin escort