Əbülfəs Qarayev nazirlikdə son görüşünü keçirdi

Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb.

Müstəqil.az Report-a istinadla xəbər verir ki, o, nazirliyin şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib.

Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

Ə.Qarayev birlikdə işlədikləri dövrdəki fəaliyyətlərinə görə əməkdaşlara minnətdarlığını çatdırıb, onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Share: