Murad KÖHNƏQALAnın haqlı sualları və məsləhəti

Burda ( yəni feysbukda – F.B) hamınız deyirsiniz, gərək ordumuz Şuşaya yığılan erməniləri bombardman edəydi.

Necə eləsin?

Erməni, yazıçınız Əkrəmin sivil dünyanın bütün dillərinə tərcümə elətdirdiyi kitabını başının üstünə qaldırıb yenidən bütün dünyaya car çəkməzdimi ki, indi gördünüzmü, bunlar doğrudan da qaniçən vəhşidi?

Ordan da rus ordusu Əkrəmin dediyi “əməksevər, sülhsevər, mədəni, kimsəsiz” erməni millətini müdafiəyə qalxıb Gəncəyə qədər şumlamazdımı?

Bir-iki bombası da Bakının üstündə əlindəaçılmazdımı?

“Demokratiyadı, yazıçı öz sözündə azaddı” deyibən onu müdafiə eləyəndə bilmirdinizmi, axırda özünüz özünüzə namussuz deyəcəksiniz?

 İkincisi də, ölkədəki kişilərin az qala yarısı rüşvət verib özünə, oğluna invalid sənədi düzəltdirib təqaüd alır. Bəs, dediyiniz o yekə müharibəyə başlasaydı, hökmət döyüşə kimi göndərəcəkdi?

Deyəcəksiniz, məmur niyə rüşvət alır?

Mən də deyəcəm, məmur da sənin millətindən çıxıb daa, Almanyadan gəlməyib ki?

Bəs, özün niyə rüşvət verirsən ki?

Elə ikiniz də biri birinizin tayısınız. Əkrəmin isə cinayəti səni qurban kimi deyil, yırtıcı kimi qələmə verməyindədi.

Oturun evinizdə, bugünlük şeir yazıb muğam oxuyun, onsuz da sabah hamısını unudacaqsınız.

Beş-on vicdanlı adamımız qalıb, yalançı patriotluq eləyib heç olmasa onların balalarını qırğına verməyin!

Share: