Yaddaşına qədər işğal olunmuş xalq…

Aqil ALIŞOV

Bəs, hanı sizin Paşinyan oturan qərargahı vuracaq silahlarınızın qeyrəti? 48 saata Yerevana qədər gedib çıxmağınız… Varmı qeyrətiniz? Özünüzün, silahınızın…

Əslində Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovu unudanda, unutduranda, erməni dığası Andranikə ömürlük utanc gətirən, “tayqulaq” adını bəxş edən, el qəhrəmanı qardaşı Sultan bəyi və yüzlərlə tarixi şəxsiyyəti unudanda Şuşanın işğalı da, Paşinyanın yallısı da, erməni qızlarının qutab bişirməsi də gözlənilən idi.

Şuşada qələbə atəşfəşanlığı haqda kor olan millətin indi göz yaşları nəyi həll edəcək ki?
Mayın 10-da Qarabağın xilaskarı olmuş Xosrov bəy Sultanovun həyatı ilə maraqlandınızmı?

Bu yaxınlarda Azərbaycan tarixini erməni bayrağına bürüyən Azərbaycan Təhsil Nazirliyinə etirazınızı bildirdinizmi?

Axı millət olaraq bu gün də davam edən Azərbaycan tarixinin işğalına niyə göz yumuruq? Ölkəmiz təkcə təmas xəttinə qədər deyil, beyinlərimizə qədər işğal olunub. Səhiyyəsindən tutmuş, təhsilinə kimi.

Tarixin, təhsilin, səhiyyən işğal olunubsa, sən çoxdan ölmüsən, sadəcə xəbərin yoxdur.

Bu gün Şuşada adına qondarma dediyimiz, dırnaq içərisndə yazdığımız ölkənin prezidenti kimi baş tutacaq inaqurasiyada Arutunyanın and içməsi, Paşinyanın gəlişi ilə bağlı təlaş keçirdiyimiz gündə Əbülfəz Qarayevin işdən çıxarılması da, Kəmaləddin Heydərovun qəzaya düşməsi də, nə bilim hansısa sensasiyalı hadisələrin baş verməsi də qədim şəhərin işğalını unutdura bilməyəcək bizə. Çünki əlimizdə qalan sadəcə kodunu itirdiyimiz gen yaddaşımızdır.

Təssüf ki, yaddaşına qədər işğal olunmuş xalqıq…

50 baxılıb
mersin escort