“Paşinyan sadəcə xalqın…” – Fəzail İbrahimli

“Erməni tərəfinin qondarma Dağlı Qarabağ separtaçı rejiminin rəhbərinin “seçki”si ilə bağlı andiçmə mərasiminin Şuşada keçirilməsi siyasi riyakarlıqdan başqa bir şey deyil”.

Müstəqil.Az bildirir ki, bu sözləri açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, bununla Paşinyan hakimiyyəti daxili auditoriyaya işləmək və diqqəti Dağlıq Qarabağa cəlb etmək istəyir. “Bu yolla özlərinə təsəlli verməyə çalışırlar. Çünki 2016-cı ilədək Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə yaşayan ermənilərdə belə bir fikir formalışmışdı ki, artıq problem həll olunub. Onlar işğal etdikləri torpaqların sahibləridir. Lakin 2016-cı ilin aprelində ciddi surətdə cəzalandırıldılar. Bununla da yaradılan mif darmadağın edildi. Erməni tərəfi başa düşdü ki, onların bu torpaqlarda əbədi məskunlaşması barədə düşüncələri yanlışdı. Gec-tez buranı tərk edəcəklər. Bir məqamıda xatırladım ki, 2016-cı il aprel döyüşlərindən öncə Mübariz İbrahimovun atdığı addım dünyaya mesaj oldu. Mübariz İbrahimov dünyaya mesaj verdi ki, bu torpaqlar uğrunda vuruşmağa, canından keçməyə Azərbaycan insanının cəsarəti var. Bax, bu iki amil ermənilərin özləri barədə yaratdığı məğlubedilməzlik mifini alt-üst etdi.

Məhz bundan sonra Ermənistnada Paşinyan hakimiyyətə gətrildi. Çünki həmin vaxtadək Ermənistanda hakimiyyətdə Azərbaycan torpaqlarını işğal etdiklərini bəyan edən köçəryanlar, sərkisyanlar və digərləri hakimiyyətdə idi. Ancaq 2016-cı ildə Azərbaycan onların yaratdığı mifi darmadağın etməklə hakimiyyətlərinə də son qoydu. Burada digər məqamı da xatırlamaq yerinə düşər ki, Ermənistanda Dağlıq Qarabağ erməniləri ilə yerli ermənilər arasında ciddi bir uçurum yaranmışdı. “Qarabağ” klnanı Ermənistanda hakimiyyətdə qalmaq üçün dinc insanların qanına susamaqdan belə çəkinməmişdilər. Ona görə də Ermənistandakı ermənilərin Qarabağ erməniləri görən gözü yox idi və aralarındakı münasibət son həddə çatdı. Çünki İrəvanda insanlar küçəyə çıxaraq Dağlıq Qarabağ ermənilərindən xilas olaq şüarları ilə çıxdılar. Paşinyan hakimiyyətə gəldikdən sonra vəziyyət daha da kəskinləşdi. Ona görə də yeganə variant Dağlı qarabağ problemini gündəmə gətirməklə diqqəti yayındırmaq və vəziyyətdən çıxmaq yolunu tutdu.

Bunun üçün Paşinyan ən müxtəlif vasitələrə əal atdı, hətta oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Bununla sübut etməyə çalışdı ki, ermənilərin Qarabağ məsləsində mövqeyi eynidir və dəyişməzdir”- F. İbrahimli bildirib. Vitse-spiker əlavə edib ki, lakin Ermənistanın Azərbaycan tərəfindən aldığı zərbələr bununla bitmədi. “Paşinyan Azərbaycan Prezidenti ilə sonuncu görüşündə daha pis sarsıdıcı zərbə aldı. Dünya birliyi də haqqın-ədalətin Azərbaycanın tərəfində olduğuna bir daha şahidlik etdi. Bununla Paşinyan növbəti dəfə məğlub vəziyyətə düşdü. Azərbaycan Prezidentinin uzaqgörən siaysəti nəticəsində ermənilərin faşizm ideologiyasını da beynəlxalq aləmdə ifşa olundu. Bax, bu məsələdə də Azərbaycan ermənilərə növbəti sarsıdıcı zərbə vuraraq, erməni kimliyinin iç üzünü açaraq dünyada ifşa etdi. Azərbaycan Prezidenti sübut etdi ki, ermənilər faşistlərdən daha qorxulu bir ideologiyanın daşıyıcılarıdır. Faşistlərin ideologiyasının əsasında ali irq məsələsi dayanır və Hitler də 1923-cü ildə yazdığı “Mənim mübarizəm” kitabında açıq formada ortaya qoyur. Bəyan edir ki, germanlar Avropanın ən qədim xalqıdır və Avropada ilk dövləti də almanlar qurub. Bəs ermənilər və yaxud Paşinyan kim olub? Ermənilər faşistlərdən daha qəddar bir ideologiyanın daşıyıcılarıdır. Bəs belə olan vəziyyətdə nə etməli? Vəziyyətdən necə çıxmalı? Özünü ora-bur vuran Paşinyan növbəti təxribata əl ataraq sepratşı Dağlıq Qarabağ rejiminin rəhbərliyinə keçirilən “seçki”lərin nəticəsi ilə bağlı Şuşada andiçmə mərasimi keçirməklə, erməni cəmiyyətindəki nüfuzunu bərpa etmək istəyir. Paşinyan bununla həm daxili auditoriyada mövqeyini möhkəmlətməklə, Dağlıq qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranın uçurumua aradan qaldırmağa çalışır. Onsuz da Dağlıq Qarabağda keçirilən seçkilər beynəlxalq birlik tərəfindən tanınmadığından heç bir hüquqi əsası yoxdur.

Bununla Paşinyan sadəcə xalqın gözünə kül üfürür. Amma Paşinyan unudur ki, müharibə bitməyib. Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində beynəlxalq aləmədə Qarabağ məsələsində vəziyyət tamamilə dəyişib. Azərbaycan torpaqlarını işğaldan azad etməkdə israrlıdır. Odur ki, növbəti aprel yenidən təkrarlana bilər və bu dəfə artıq erməni işğlaçıları bütövlükdə Azərbaycan torpaqlaırndan silinib atılacaq”- vitse-spiker bildirib.

Müstəqil.Az

Share: