Ədəbiyyat İnstitutun həmkarlar təşkilatı bəzi əməkdaşlara yardım payladı

Ədəbiyyat İnstitutun həmkarlar təşkilatı bəzi əməkdaşlara yardım paylayıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Direktorluğu vəAzad Həmkarlar İttifaqıpandemiya dövründə ehtiyacı olan institut əməkdaşlarına ərzaq yardımı paylayıb. AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylibildirib ki, yardımın verilməsində məqsəd pandemiya dövründə institut əməkdaşlarına kömək etməkdir.

Eyni zamanda AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov vəƏdəbiyyat İnstitutunAzad Həmkarlar İttifaqının sədri,institutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da yardımın paylanmasında iştirak ediblər.

Hazırkı karantin dövrünün tələblərinə uyğun olaraq işə gələ bilməyən yaşlı əməkdaşlardanRauf Sadıxov, Çingiz Sasani və başqalarının yardım payı evlərində təqdim olunub.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Share: