VHP Xətai Rayon təşkilatı və Müstəqil.Az saytı təbriki Sabir Rüstəmxanlını təbrik etdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Bu münasibətlə Müstəqil.Az saytının yaradıcı kollektivi və VHP-nın Xətai Rayon təşkilatı  millət vəkili olan xalq şairini Sabir Rüstəmxanlını təbrik edir.

İlk gənclik yazılarından, şeirlərindən milli təfəkkür daşıyıcısı və təbliğatçısı olan Sabir Rüstəmxanlı yazıb-yaratdığı  bütün əsərlərində millətinin böyüklüyünü, cəsurluğunu, unudulan və əlindən alınan tarixinni yada salır, unudulmağa qoymur.  Sabir Rüstəmxanlı bir şair kimi Qərbdən Şərqə, Şimaldan Cənuba bütün Türk Dünyasının haqq səsinə çevrilib. Təsadüfü deyil ki, dünyanın bütün türklər yaşayan coğrafiyasında onu tanıyır, sevir və örnək götürürlər.

Sabir Rüstəmxanlının milli qürur və özünüdərk yolunda təkcə yazı masasında yox, meydanlarda göstərdiyi cəsarət də göz önündədir, yaddaşlarda, şahidlərin dilində, yaxın tariximizin qızıl səhifəsində əbədiləşib, yaşayır və daş kitabələrdə olduğu kimi yaddaşıarda qalmaqdadır. Sabir Rüstəmxanlı həmişə  Azərbaycanın dövlət müstəqilliyinin Meydan və Parlament mübarizəsinin mərkəzində olub. O, Azərbaycan istiqlalında imzası olan mübarizə adamı olaraq tarixə adını yazdırıb.

Xalq şairinin başçılıq etdiyi VHP Azərbaycan siyasətində daima izini qoyan  partiyalardan sayılıb və bu gün partiyanın uğurlarında onun rolu və xidmətləri əvəzsizdir. “Vətəndaş həmrəyliyi” ideologiyasının mahiyyətində elə Sabir Rüstəmxanlı dayanır və doğrusu, bu ideoloji adda bir az da siyasi yöntəm var. Sabir Rüstəmxanlı bir partiya sədri, millət vəkili kimi Azərbaycan davasını aparan siyasətçidir.

VHP-nın Xətai Rayon təşkilatı və Müstəqil.Az saytı olaraq Sabir Rüstəmxanlını ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik, ona çox yaşa, xoş yaşa deyirik, arzulayırıq ki, ruhunun imkan verdiyi səviyyədə, böyük enerjisi ilə ictimai-ədəbi və siyasi fəaliyyətini davam etdirsin,  möhkəm can sağlığı ilə   ideallarına, böyük hədəflərinə çatsın, müstəqilliyinin qazanılmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Bütöv dövlət olmasını görsün.

VHP-nın Xətai Rayon təşkilat və Müstəqil.Az saytı

Share: