İrəvanda silahlı insident

İrəvanda daha bir atışma baş verib.

Müstəqil.Az erməni mediasına istinadla xəbər verir ki, bu gün 18:00 radələrində Başincaqyan küçəsində atışma baş verdiyi haqda polisə məlumat daxil olub.

Polis atəş açan şəxsi yaxalayıb.

Atışma nəticəsində park edilən avtomobil zədələnib.

Qeyd edək ki, son günlər İrəvanda vaxtaşırı silahlı insidentlər baş verir.

Müstəqil.Az

Share: