Tanınmış yazıçı mənzilinə köçə bilmir

Tanınmış yazıçı-publisist Murad Köhnəqala ötən il Prezident tərəfindən ona verilmiş mənzilinə hələ də köçə bilmir.

Yazıçı bu barədə Müstəqil.Az saytına danışıb:

“Bir ildir ki, Prezident İlham Əliyevin verdiyi mənzilə köçə bilmirəm. BŞİH evi suvaqsız,  dörd divar (podmayak) vəziyyətdə verib. Bu bir il ərzində mənzildə yalnız bəzi suvaq işləri görülüb. Aydın məsələdir ki, sıfırdan mənzil təmir etdirmək üçün tələb olunan vəsaiti qonararla yığmaq mümkün deyil. Ona görə də  dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına məktub yazaraq vəziyyəti bildirmiş,  köməklik göstərmələrini xahiş etmişəm.

Müraciətlərimdən sonra Prezident Administrasiyasından BŞİH-ə və Yasamal RİH-ə tapşırıq verilib ki, yazıçıya  köməklik göstərin. Lakin BŞİH də, Yasamal RİH də problemin həllindən boyun qaçırırlar. Yasamal RİH 24.04.2020 – ci il tarixində mənə “bizim imkanımız yoxdu, probleminizi özünüz həll edin” məzmununda gülməli bir cavab göndərib.  Mən başa düşmürəm, o boyda rayon icra hakimiyyətinin bir mənzili təmir etməyə vəsaiti yoxdursa, onda nə üçün  Prezident Administrasiyası onlara belə bir tapşırıq verir? Yasamal Rayon İcra hakimiyyəti özünü Prezident Administrasiyasından, yaxud Bakı Şəhər İcra Hakimiyyətindən ağıllımı sayır? Nə üçün PA-dan verilən tapşırığı yerinə yetirmirlər? Hər halda Cənab Prezident “yazıçıya suvaqsız, döşəməsiz dörd divar verin” deməyib.

P.S Məsələ ilə bağlı Yasamal İH ilə dəfələrlə əlaqə saxlasaqda telefonumuza cavab verən tapılmadı. Mövzunu gündəmdə saxlauacağıq.

Müstəqil.Az

Share: