Zeynəb Xanlarova vəfat edib?

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq Artisti Zeynəb Xanlarovanın ABŞ-da vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Müstəqil.az xəbər verir ki, yayılmış məlumatlarda Z.Xanlarovanın səhhətinin kəskin pisləşməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib. Səhhətində yaranan narahatçılıqdan dunyasinı dəyisib.

Məlumatı hələlik hər hansı ciddi mənbə təkzib və ya təsdiq etməyib.

Qeyd edək ki, Zeynəb Xanlarova 1936-ci ilin 28-dekabırda Bakı şəhərində Yəhya və Pəricahan Xanlarovaların ailəsində dünyaya göz açıb.

1956-cı ildə M.Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Opera və balet teatrının solisti kimi fəaliyyətə başlayıb.
Ü. Hacıbəyovun Leyli və Məcnun, Əsli Kərəm, operasında Leyli və Əsli obrazlarını yaradıb.
1985-ci ildən deputat mandatına sahib olub və 2019-cuilədək parlamentdə təmsil ounub.

Zeynəb Xanlarova Şöhrət ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycan Respublikasının Xalq Artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSRİ Dövlət mukafatı laureatidir.(publika.az)

Share: