Tənha qalan Laçınımız… – Rəşad Məhəmmədoğlu

 
 
Uzun illərdi Laçınsız qalıb Laçınlılar…
Gözləri yolda qalan Laçın sakinləri öz doğma yurdunun, yuvasının həsrəti ilə 28 ildir ki, ayrılıqlar yaşayır…Biz bu illər ərzində Qarabağımızın, Laçınımızın düşmən tapdağı ailından xilas edilməsini gözləyirik.
O vaxt 1992-ci ildə Cəbrayıl rayon ərazisinin bütövlüyü uğrunda döyüşmüş indiki döyüşçü veteranların dediyinə görə həmin ilin may ayının 17 -də Laçında gedən döyüşlər zamanı mübarizəni yarımçıq qoyub Bakıya doğru geri dönən silahlı qüvvələrlə Qubadlı, Zəngilan rayonunun müdafiə batalyonunun əsgərləri və Cəbrayıl rayonunun “N” saylı əsgərləri arasında  qısa müddətli döyüş olmuşdur. Səbəb həmin Silahlı qüvvələr döyüşü yarımçıq saxlayaraq ,silahlı texnikanın(halbu ki,həmin silahlı qüvvələrlə nəinki Laçını, Ermənistan ərazisinə daxil olub bir neçə şəhəri ələ keçirmək olardı.) Laçını ermənilərin əsarətində qoyub geri dönmək idi. Nəhayət, həmin silahlı qüvvələr Qubadlı və Zəngilan hərbi hissələrinin döyüşçülərini susduraraq yarıb keçmişdir. Amma həmin silahlı qüvvələri Cəbrayıl rayonu ərazisindən keçəndə yenidən Cəbrayıl rayonunun “N” saylı hərbi hissəsinin əsgərləri ilə qarşılaşaraq silahlı toqquşma yaratmışdılar. Cəbrayıl rayonunun əsgərləri Laçını ələ verib geri qayıdan həmin silahlı qüvvələri susdurub qeri qaytarmaq (Laçına tərəf) istəsələr də Cəbrayıl r.nun hərbi komandanlığına yuxarıdan gələn əmr nəticəsində döyüşü saxlanmış və Cəbrayıl rayonu hərbi hissəsinin əsgərləri geri çəkilmişdilər. Həmin silahlı qüvvələr isə Bakı şəhərinə tərəf istiqamətə geri qayıtmışdır.
Bu da Laçınımızın uğrunda döyüşən əsgərlərimizə yuxarıdan komandanlıq edən zabitlərin “şücaət”i. Bu haqda çox faktlar söyləmək olar. Demək o vaxtki müdafiə nazirliyinin niyyəti aydın idi
Qarabağımızda döyüşlər gedərkən belə faktlar tək bu deyildi. Belə faktları nəzərə alsaq Qarabağımızda hər bir rayonun işğalında belə faktlar mövcud idi.
Uzun illərdi düşmən əsarətində tənha qalıb. Artıq uzun illərdir gözləri yolda qalan Laçın sakinləri öz doğma yurdunun, yuvasının həsrətiylə yaşayır. 28 il keçir Laçın rayonunun işğalından. 28 il bir ömürdür.
Bakı burda günü-gündən gözəlləşdikcə Qarabağ qanlı köynəyini əynindən çıxarmayıb. Əfsus.
Mən ölkəmizin bölgələrində, şəhərlərində məskunlaşan Qarabağ sakinlərini, Qarabağın Laçın sakinlərini düşmənlə mübarizəyə səsləyirəm.
İşğalda olan gözüyaşlı yurdumiza qayıdaq, tənha qalan Laçına qayıdaq…
İnşallah o günlər yaşanacaq!
 
 
 
Rəşad
Məhəmmədoğlu
Müstəqil.Az
69 baxılıb
mersin escort