“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI XEYRİYYƏ AKSİYALARINI DAVAM ETDİRİR

 

Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.

Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırğı ilə Bakıda, eyni zamanda Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən yuxarı olanlar, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüşlər keçirib. Xeyriyyə aksiyası zamanı onlara İctimai Birlik tərəfindən ərzaq bağlamaları çatdırılıb, eyni zamanda müvafiq maarifləndirici məlumatlar verilib.

Görüşlərdə iştirak edən sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə rəhbərliyinə  öz minnətdarlıqlarını bildiriblər.

Möhtərəm prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti həftələrdə də xeyriyyə aksiylarını davam etdirəcəkdir.

 

Müstəqil.Az

Share: