Danışan şəkil… – Xavər Şəfiyeva

Danışan şəkil…
Zəng çalındı.Şagirdlər qaçaqaçla bir birini itələyə-itələyə sinifdə öz yerlərində oturmağa tələsdilər.Müəllimə sinifə daxil olan kimi artıq hər kəs lal dinməz bir adam kimi ayağa durdu .Salam uşaqlar!
Salam müəllimə!
-Əyləşiz!
Qapı döyülür:
-Olar müəllimə?
-Buyur Fidan.Dərsə gecikmə .Əslində mən koridorun başında sizi gözləyirdim ,o biri tərəfdən gəldiniz deyə bir birimizi görmədik ona görə sizi sinifdə gözləməyə qərara gəldim.
-Dərs başlayıb artıq, keç otur.
-Müəllimə olar mən evə gedim?Yox demə, xahiş edirəm.Əslində elə buna görə sizi tələsik görmək istəyirdim.
O, gah  titrək barmaqlarını bir- birinə keçirir ,gah da  əllərini arxada  gizlətməklə sanki həyəcanını boğmağa çalışırdı.
-Bu hardan çıxdı, qızım,dərs vaxtı evə getməkmi olur?Keç,  otur, indi səndən dərs soruşacam , hazırlaş.
-Müəllimə, xahiş edirəm, bircə bu günlük icazə ver, sabahdan  hər gün danışacam, söz,bu günki dərsini də, keçmiş dərslərimizi də,gələcək dərslərmizi də.Nə vaxt soruşsanız  ,hansı dərsi istəsəniz danışacam.Bu gün atamı azadlığa buraxırlar ,əfv edənlər arasında o  da var .Onu  heç vaxtı görməmişəm, ancaq şəkillərdən başqa , o  da həmçinin məni…
Uşaqlar hərəsi bir yerdən güldü və lağa qoydular.
-Fidan onda o necə sənin atan olur?Uşaqlar o atasını bircə dəfə də görməyib,atası da bunu görməyibsə necə tanıyacaqdır bir-birini -kimi səslər sinif otağında əks- səda doğururdu.
-Sakit olun uşaqlar!
Müəllimənin yüksək səsi ilə sinifin sükuta qərq olunması bir oldu .
-Qızım gəl mənimlə, çıx çölə.
Müəllimə qapıya yaxınlaşdıqca sinifdə pıçıltı səsləri bir az da yüksəlirdi.Müəllimə özünü  qapıdan çölə salan kimi Fidan daha təkidlə eyni sözləri təkrar etməyə başladı.
-Cəmi yarım saat var , 12:00 da artıq buraxacaqlar atamı .İstəyirəm özüm onu qarşılayım.Bilirəm,anam qoymaz məni cəza evinə kimi gedəm.Eybi yox elə birbaşa burdan gedərəm,oranın yolunu gözəl tanıyıram .Anamla bir neçə dəfə getmişdim ,amma bircə dəqiqəliyə belə içəri qoymamışdılar məni. Dəmir setklardan tutub bəlkə atamı görərəm deyə pəncərələrdən baxa -baxa qalırdım.Kiçik  vaxtlarımda  dərsdən gedəndə neçə dəfə atama baş çəkməyə getməyə cəhdlər edirdim. Yol uzaq olduğundan gah azırdım,gah da tək olduğum üçün  polis əmilər məni evimizə qədər gətirirdilər.Artıq böyümüşəm ,atamı qarşılamağa özüm tək də gedə bilərəm…
Qızcığaz danışdıqca müəllimənin gözləri  dolurdu .
-Sənə görə çox sevindim qızım.Amma bir şərtlə sənə icazə verirəm .Birbaşa evə get,hara lazımdırsa ana ilə gedərsən-Baş üstə müəllimə, çox sag ol .
Dəqiqələr keçdikcə  sevinc , həyəcan daha da  çoxalırdı qızın canında.O, bu gün illərin həsrətini atacaqdı ürəyindən.İllərlə atası ilə ancaq şəkillərdən baxışırdılar bir biri ilə,şəkillərdən söhbət edirdilər.
Fidan  düşünə -düşünə daha da tələsdrirdi addımlarını.
İlahi!Bu gün atama qovuşacam.Artıq atam gətirəcək məni məktəbdən.Daha anam da işləməyəcək,  dərsdən gedəndə isti yeməklər gətirəcək qarşıma .Düşündükcə  təbəssüm qonurdu qızın pəmbə dodaqlarına .Eybi yox, birbaşa  burdan gedəcəm onu qarşılamağa .Ana da orda olacaq.Qoy elə  bu geyimdə, məktəb çantası ilə gedim .Qiymətləri ilə, gündəliyi ilə daha da sevindirmək fikrindəydi atasını.
Qızın sevinci yerə göyə sığmırdı.Atasının çıxmağına dəqiqələr qalırdı.  O, gah qolundakı saata ,gah da yola baxaraq cəld yeriməkdə davam edirdi.On ilin həsrətiydi balacanın canındakı .Cəza evinin qapılarına çatmağa elə də çox  qalmamışdı .Uzaqdan toplum şəklində qaraltı kimi nəsə gözünə dəyirdi .Get gedə yaxınlaşdıqca onların həbsxananın  qarşısında toplaşdığı insanlar olduğunu sezmişdir .Bəli! Onlar da Fidan kimi öz yaxınlarını səbirsizliklə gözləyənlər idi.O, balaca  əllərini səmaya cüt açaraq Allaha şükür elədi.
Çox sağ,ol Rəbbim, illərlə gözlədiyim günü yaşadacaqsan mənə.Artıq cənnətin ağzı açılmaqdaydı onun üçün.Budur , artıq Fidan çatmışdır.Yolu keçmək üçün işıqforun yaşıl işığının yanmasını gözləyirdi.Uzaqdan həbsxana qapıları önündə dayanan xanımı anasına oxşatması Fidanı daha da tələsdirirdi.Yanında  kişi xeylağı da var .
Ata??Başqa kim olardı ki, əlbəttə atamdır.Hə. yüz faiz bilirəm,  odur .Artıq buraxıblar onu .
Ana!!Ataa!!O, sevincdən göylərə uçurdu sanki.Onlara mütləq çatmalıyam.Nə yoldan keçən maşınların siqnal səsləri ,nə də işıqfor qaydaları qızın vecinə idi.Şoferlərin  yoldan çıxmaq üçün elədiyi əl-qol hərəkətlərinə də məhəl qoymayan qızın gözləri yolun o biri tərəfindəki adamlardan çəkilmirdi.
Ana!Çatıram, məni də gözləyin.Qızın gözləri birdən qaraldı .İlahi bu nə idi ?Nə baş verdi axı ?Uzaqdan ona tərəf qaçan adamlar gah azalır ,gah çoxalırdı.Ətrafım qaralır .Gözümün önündə qaraltılar kimi kürəciklər əmələ gəlirdi sanki. Tok vurmuş kimi anidən  yerə sərilən Fidanın başından qan su kimi axmağa başladı.Maşın vurmuşdu onu.Adamların səslərini daha eşidə bilmirdi.Balaca canı dünyadan aralanırdı yavaş-yavaş, get gedə bədənindəki titrəyiş yox olurdu.Kimin uşağıdır bu?Yiyəsi kimdir kimi qışqırıq həyəcan dolu səsli adamlar kimisi üzünə su vurmağa çalışır ,kimisi təcili tibbi xidmətə zəng etməyə can atırdı.Fidanın anası da onların içindəydi.Uzaqdan qanın içində olan qızı sifətindən tanımaq çətin olurdu.Hadisəni tam aydınlaşdırmaq üçün Zöhrə xanım adamlar arasından  özünü  çətin də olsa  qabağa salmağa müvəffəq oldu.Qızını tanıyar-tanımaz ananın qışqırıq səsinə  yerindən hönkürənlər də oldu.
-Qızım…Fidan…Fidan..sənin burda nə işin var,  bala  ?Hansı əli, ayağı sınmış səni bu hala qoydu .Qızın başını qucaqlayıb gah öpür ,gah öz saçını yolan ana ağlını itirmiş kimi olmuşdu.Fəryad edən anasının qışqırığı,naləsi Allaha çatırdı az qala.
Zöhrə xanımın yanındakı kişi də quruyub mumiyalanmış kimi  gözlərini eyni nöqtəyə zilləyib donub qalmışdı.Arxadan güllə dəymiş kimi  dizlərini anidən yerə vurub baş vermiş vəziyyətdən ayılmağa çalışırdı.
-Qızım Fidandır bu??
İlahi!
Zöhrə?? Nə baş verib ?Sən axı demişdin Fidanı gətirməmişəm.
Bəli .O, Fidanın  səbirsizliklə gözlədiyi azadlığa çıxmış  atası idi.
Fidan, qızım,  bax, gəlmişəm, oyan…O, dayanmadan qızı tutub  silkələyir ,balaca, soyuq əllərini ovcunda tutub hönkür -hönkür ağlayır,yalvarış dolu baxışlarını  qızın  üzündən çəkmirdi.Fidan hələ ana bətnində ikən həbsxanaya düşmüşdü atası.On illik həsrət var idi ata- bala arsında .Fidan illər boyu  atsının şəkilləri ilə yatıb dururdu .Hər gecə onlarla danışıb söhbət edirdi.Atası ilə telefon söhbəti edərkən özü elə söyləmişdi.Atası göz yaşı içində,  titrək əlləri ilə  qoltuğundan əzik-üzük bir şəkil çıxartdı.Mən hər gecə bu şəkillə danışıb,  ürəyimə qoyub yatırdım.Bu gündən  o əzablı günlərə son qoyacağımı bilirdim.Əzablı günlər hələ qarşıdan gəlirdi amma . Şəkil,anası  Fidanın 2 yaşında çəkdirib atasına yolladığı  şəkli idi .
Xavər Şəfiyeva
Müstəqil.Az
Share: