Qulluqçusu ilə eşq yaşayan, 14 yaşlı qızı yoldan çıxaran SSRİ lideri

Otuz ildən çox SSRİ-ni “dəmir yumruq”la idarə edən İosif Stalin dünya tarixinə öz möhrünü vurmuş bir şəxsiyyətdir. Tarixə adını qanla yazdıran Stalin bu gün də, ən çox müzakirə olunan siyasi liderlərdən biridir.
Əsl adı İosif Vissarionoviç Çuqaşvili olan olan Stalin əslən gürcü idi. Yaşıdlarından boyca daha kiçik olan SSRİ-nin gələcək lideri ağır uşaqlıq dövründən keçmişdi. Yeddi yaşında yoluxduğu “çiçək” xəstəliyi üzündə və qolunda qalıcı izlər qoymuşdu. Buna görə də, ətrafdakı uşaqlar onu sevmirdi. Bəlkə də özü ilə birlikdə içində böyüyən bu nifrətin səbəbi idi ki, hakimiyyətdə olduğu illər ərzində SSRİ-də 20 milyondan çox insanın ölümünə səbəb olmuşdu. Stalin təkcə əmək düşərgələrində 1 milyona yaxın insanın ölümündə əsas günahkar idi. Rejim düşməni hesab etdiyi hər kəsi mühakiməsiz bu qayıtmaz yolu olan QULAQ-lara göndərirdi. Stalin
Hitleri qəfəsdə gəzdirmək arzusu
Stalin insan və meymunun qarışığından ibarət bir növ yetişdirmək istəyirdi. Bir dəfə bu haqda belə demişdi: “Yeni və məğlubedilməz bir insan növü istəyirəm, ağrı hiss etməyən, yemək yemədən də güclü qalan bir növ”.
Sovet politbürosunun elmi mütəxəssisləri uzun müddət bu məsələni araşdırsalar da, ortaya heç nə çıxmadı. Stalinin qəddarlığı və qəribəliyi bununla bitmirdi: dünya müharibəsində düşmən qüvvələrini dayandırmaq üçün əsgərlərə heç bir halda mövqelərindən geri çəkilməmək, geri çəkilənləri isə güllələmək əmri vermişdi.
Təsadüfi deyil ki, SSRİ-nin dünya müharibəsindəki qələbəsinin müəlliflərindən birini savaş bitdikdən sonra sürgünə göndərmişdi. Bu baxımdan, heç bir müharibədə məğlub olmayan bir hərbi dahi olan marşal Jukovun sürgünə göndərilməsini anlamaq çətin deyildi. Stalin onun xalq qəhrəmanına çevrilib, postunu ələ keçirəcəyindən qorxurdu.
SSRİ liderinin Nasist Almaniyasının lideri Adolf Hitler barəsində də planı vardı. Müharibədən sonra Hitleri bir qəfəsə salıb bütün Avropada gəzdirməyi düşünürdü. Amma Sovet qoşunları Berlinə girəndə artıq Hitler arvadı Eva Braunla intihar etmişdi.
Leninin etibar etmədiyi “Balaca Şeytan”
162 sm boyu olan Stalin tarixin ən qısaboylu siyasi liderlərindən biridir. Postdam konfransında görüşdüuyü Amerika Prezidenti Trümen haqqında danışarkən onu “Balaca Şeytan” adlandırmışdı.
Lenin öz vəsiyyətlərində Stalinə güvənmədiyini açıq şəkildə qeyd etmişdi. Sovet İttifaqının qurucusu onun haqda yazırdı: “Yoldaş Stalin böyük bir güc qazandı. Amma bu gücdən düz yöndə istifadə edəcəyindən əmin deyiləm”.
Diktatorun qadınları
Stalinin gözəl qadınlara olan düşkünlüyü də həyatının bir başqa pəncərəsi idi. İki dəfə evlənən (Kato Svanidze və Nadejda Alliluyeva) SSRİ liderinin üç övladı vardı: birinci arvadı Yekaterinadan oğlu Yakov, ikinci arvadı Nadejdadan isə Vasili və Svetlana doğulmuşdu. Oğlu Yakov 1941-ci ildə nasistlərin əsir düşərgəsində can verdi, Vasili isə 1949-cu ildə. 1966-cı ildə SSRİ-dən qaçan qızı Svetlana 2011-ci ildə ABŞ-da öldü.

Gürcü qızı Kato
Yekaterina Svanidze Stalinin birinci arvadıdır. Stalin Kato Svanidze ilə Tiflisdə dini məktəbdə oxuduğu illərdə — 1906-cı ildə evlənmişdi. Evlilikdən bir il sonra gənc qadın bəzi iddialara görə tifdən, bir başqa iddiaya görə isə vərəmdən ölüb. Almanların əsir düşərgəsində ölən Yakov bu evlilikdən doğulub. İddiaya görə, Katonun ölümü Stalini sarsıtmışdı, dəfn vaxtı özünü arvadının məzarına atmışdı. Kato ilə tanışmasına vasitəçilik edən qadının qardaşı Aleksandr isə 1930-cu illərdə Stalinin qurbanına çevriləcək, güllələnərək öldürüləcəkdi.
Sürgün günlərində eşq
Katonun ölümünün təqib etdiyi illərdə Stalin Çar Rusiyası tərəfindən beş dəfə Sibirə sürgünə göndərildi. Stalinin bu sürgünlərdə iki qadınla eşq yaşadığı da hər kəsə bəllidir. Onlardan biri Mariya Kuzakova, ikincisi isə sadəcə 14 yaşında olan Lida Pereprıgina idi. Bu münasibətdən də bir oğlu olan Stalin azyaşlı qızı yoldan çıxardığı üçün kəndlilərlə arasında münaqişə yaranmışdı.
Sonsuz nifrətin növbəti qurbanı
Stalinin rəsmi nikahlı ikinci arvadı Nadejda Alliluyevadır. On iki il davam edən bu evlilik də, dramatik sonluqla bitdi. Nadejda 1931-ci ildə özünü vuraraq intihar etdi. Nadejdanın da həyatına son qoyan səbəb ərinin qəddarlığı idi.
Balerinalar, katibələr…
“Balerinalar və katibələr” — Mariya Svanidze öz gündəliyində Sovet elitasının eşqbazlıq etdiyi qadınları bu ifadə ilə xarakterizə edirdi. Stalinin ən sevimli balerinası isə Olqa Lepeşinskaya idi. Lepeşinskayanın özü belə bir münasibətin olmadığını desə də, Stalinin məşhur balerinanın heç bir sözünü gözardı etmədiyi hər kəsə məlum olan həqiqədir.
Stalinin evinə gedən avtomobil
Opera müğənnisi Vera Davıdova da, 1983-cü ildə Londonda yayımladığı xatirələrində Stalinlə 19 illik münasibətinin olduğunu iddia etdi. Bu xatirələrə görə, Davıdova 1932-ci ildə cibində yazılı bir qeyd tapır. Kağızda çöldə onun üçün göndərilmiş bir avtomobilin gözlədiyi yazılıb. Avtomobilin hərəkət istiqaməti isə Stalinin evidir. Davıdova özünü “Necə “yox” deyə bilərdim?”, deyərək müdafiə etmişdi.
Yataqdan QULAQ-a

Valya İstomina Stalinin eşq yaşadığı deyilən sonuncu qadındır. Qulluqçu olan İstomina Kuntsevodakı daçada Stalinin yemək masasını və yatağını hazırlayan qadın idi. Zavallı qadın Stalin xəstə olarkən SSRİ liderinin mühafizə dəstəsinin başında duran general Nikolay Vlasik və NKVD-nin rəhbəri Lavrenti Beriya tərəfindən zorlanmışdı. Stalin bu xəyanəti bağışlamayacaq, Valyanı Vlasiklə birlikdə QULAQ-a göndərəcəkdi.

Müəllif: Mənsur Rəğbətoğlu

75 baxılıb
mersin escort