Cəbhədə nə baş verir?

“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana hərbi təlimlər keçirdiyi üçün xəbərdarlıq bildirməsi çox gülünc məsələsidir. Onlar hələ də başa düşə bilmir ki, Azərbaycan istədiyi vaxt öz ərazilərində istənilən əməliyyatı, təlimi keçirməkdə azaddır. Buna heç kim mane ola bilməz”.

Bu sözəri Redaktor.az-a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycanın Qarabağ və ətraf rayonlar da daxil olmaqla, bütün ərazilərdə təlimlər keçirməsi ən təbii haqqıdır:

“Lakin görünən odur ki, Erəmənistan tərəfi bundan ciddi şəkildə narahatdır. Onlar bu təlimlərin özlərinə qarşı hücum planı kimi qiymətləndirirlər. Ermənistan hərbiçiləri və xalqı başa düşməlidir ki, status kvonunun indiki vəziyyəti uzun müddət belə davam edə bilməyəcək. Biz bu günə qədər gözlədik ki, düşmən tərəfi ilə sülh içində razılığa gələk. Amma Ermənistan rəhbərliyinin tez-tez Qarabağa getməsi, orada və ətraf rayonlarda erməni əhalisini məskunlaşdırmsı işğal olunmuş torpaqları sülh yolu ilə qaytarmaq niyətində olmadığını göstərir. Məhz Ermənistan müdafiə naziri David Tonayanın bir müddət əvvəl verdiyi bəyanatında, “biz Azərbaycana torpaq verməyəcəyik, əksinə alacağıq” deməsi də bunun sübutudur”.

Politoloq bildirib ki, Ermənistan 20-ci əsrdə havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməyi bacarsa da, 21-ci əsrdə həmin torpaqları geri qaytarmaq məcburiyətində qalacaq:

Görüntünün olası içeriği: 1 kişi

“Ermənilər onlara məxsus olmayan torpaqları havadarlarının köməyi ilə işğal etdilər. Lakin bu, uzun çəkməyəcək. Çünki dövr və zaman dəyişib. Bundan sonra Azərbaycan öz torpaqlarını geri almaq üçün təkcə danışıqlar yolu ilə deyil, həm də hərbi yoldan istifdə edəcək. Çünki düşmən tərəfi bizə başqa yol buraxmır. Onlar özləri də yaxşı bilir ki, istənilən versiyada üstünlük bizimdədir”.

Z. Məmədov Rusiya-Ermənistan arasında olan soyuq münasibətdən Azərbaycanın istiadə etməli olduğunu bildirib:

“Biz Paşinyan və Rusiya arasında olan soyuqluqdan maksimum dərəcədə istifadə etməliyik. Əgər bundan düzgün formada isitadə edilərsə, qısa zamanda bir neçə rayonun qaytarılmsına nail ola bilərik”.

“Könüllülər ili” ilə bağlı konfransda

Share: