Rusiyadan Trampa cavab: “Təslim” oluruq! – Video

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) direktoru Dmitri Roqozin ABŞ Prezidenti Donald Trampın “super-puper” raketi ilə bağlı açıqlamasını şərh edib.

Müstəqil.Az xəbər verir ki, Roqozin zarafatyana şəkildə Rusiya hərbisinin bu raket qarşısında çarəsiz qaldığını bildirib.

“Super-puper” raketi qarşısında bizim nəyisə ələ keçirməyimiz mümkünsüzdür. Təslim oluruq”, – deyə Roqozin lağ edib.

Qeyd edək ki, Tramp ölkəsinin səsdən 17 dəfə sürətli və Rusiya ilə Çin raketlərini geridə qoyacaq “super-puper” raketinin hazırlanması üçün qərar imzaladığını bildirib.

Kamran Ədalət

Share: