Əlvida, Fərqanə!!!

Az önce çok üzücü bir haberle sarsıldık Azerbaycanın ziyalı şairesi değerli dostumuz
Ferqane Mehdiyeva vefat haberini üzüntü ile duyduk Azerbaycan edebiyat camiyasında büyük bir boşluk bıraktı yeri doldurulamaz
Kendi adıma ve Türkmen Aydınlar Örgütünün yürütme kurulu adına ailesine yakınlarına sabır Silvan dileriz Azerbaycan edebiyat camiyesinin başı sağolsun nur içinde yatsın amin.

Riyaz Demirci

Türkmen Aydınlar Örgütü Başkanı

Firuze Memmedli:

Fərqanə poeziyası ədəbi aləmdə ənənə ilə müasirliyin vəhdətindən yaranan posmoderin ifadə tərzinin ən kamil nümunəsidir.Şair qızımız illərlə bir ağır xəstəliyin əzablarına dözdü.Lakin iç dünyasının poetik paklığını çəkdiyi əzab-əziyyətin fövqündə saxlamağı bacardı, fiziki çırpıntılarının bircəsinə belə poetik dünyasının bulaq saflığına, güzgü şəffaflığına kölgə salmasına yol vermədi.
Fərqanə əsil şair ömrü yaşadı,əsil şair məhəbbəti qazandı onu sevənlərdən.
Allah sənə rəhmət eləsin,Fərqanə.sən cismən bizdən uzaqlaşsan da,ruhən həmişə bizimləsən.Məkanın Cənnət olsun.Amin.

Yafəs Türksəs:

İstər şeirlərinə, istər adamlarla söhbətlərinə, istər arzularına-ümüdlərinə,
İstər işinə, istər dostluqlarına ürək bulaşdırardı həmişə. Gözlərində əbədi bir bir uşaq təbəssümü vardı. Çətinliklərini gizlədərdi gözlərində. Utancaq idi, çəkingən idi, “ərk edib götürdüyünü” də “yerinə qoymağı gəlirdi” sanki.
Təkcə şeirlərində üstüörtülü görünərdi həyatdakı çətinlikləri.
“Bir duyğusu, qəlbi çiçək idi”

Əlvida, Fərqanə!!!

Aləm Məmmədli:

Əlbəttə, qəlbimizə elə dərin izlərlə həkk olunub ki, aramızdan getməsinə inana bilmirik.
Çağdaş poeziyamızın ən çox sevilən şairlərindən biri idi Fərqanə xanım. Təkcə şair kimi deyil, mehriban, sədaqətli dost, görkəmli ziyalı, qeyrətli, yurdsevər vətəndaş kimi də çox dəyərli idi. Olduqca sadə və səmimi davranışı ilə hamıdan seçilirdi. Xatirəsi qəlbimizdə daim yaşayacaq.
Allah rəhmət eləsin.
Həyat Şəmi:

O da getdi…Gedən bəstə boyu oldu, ruhu və böyük bir Dünyası – kitabları, şeirləri, insanlığı, salonları lərzə gətirən gur səsi, istiqanlılığı, humanizmi, dostsevərliyi, və daha o qədər çox nəsnələri qaldı ki! Məkanın CƏNNƏT olsun, FƏRQANƏmiz! Çox üzdün bizi…?
Amma rahat uyu, nolar rahat uyu!
Məni hər görəndə ” bir ölümcül sevgidən yatıram, ay adamlar!” deyərdi. Bu misram dilinin əzbəri idi… SUSDU daha.

Elli Atayurd:
Fərqanə xanım, o bəstəboy içində dünyadan böyük bir dünya yaşadan bir insan, özünəməxsus yaradıcılığa malik olan, mənəviyyatca çox sadə, sadəliyi qədər də böyük bir insan. Vəfat etmiş. Çox üzüldüm. Yaxınlarına, yaxın dost tanışlara, Azərbaycan xalqına, ədəbiyyatına başsağlığı verirəm. ÜRƏKLƏRDƏ YAŞASIN.

Şərafətddin İlkin:

Tez getdin, lap tez… Bu gün Semaye Sahmarova sənin vəziyyətinin ağır olduğunu demişdi mənə. Üzülmüşdüm xəstələnməyinə. Ölümünsə korun-korun yandırır məni…
Ürəklərdə bir ömür xatirə, bir dünya sevgi qoyub getdin. Son iki – Balayar Sadiqin və Etibar Vəliyevin tədbirindən bir yerdə qayıtmışdıq. O qədər səxavətli idin ki, hətta evdə işlətmək üçün götürdüyün köhnə qəzətlərdən də təklif etdin ki, mən də götürüm.((
-Ay Fərqanə, qəzeti neynirəm?-dedim.
-Evdə lazım olar da… demişdin.
Görəsən sənin üçün cızdağımızın çıxmağından xəbərin var?(((

Heyif səndən, çox heyif.

Zemfira Məhərrəmli:

Bir qış günü dünyaya gəlmişdin,Fərqanə! Düşündürən, həyati şeirlərinlə poeziyamızın bahar ovqatını,təravətini artırmışdın.Bəs ömrünün xəzan fəsli, payızı-qışı niyə belə tələsdi?İllər boyu sinə gərdiyin amansız xəstəlik qoy sevinməsin,əziz insan! Sən oxucularının sevgisini qazanmış əsl Söz adamı, poeziyamızın pərvanəsi tək ürəklərdə yaşayacaqsan.Misra-misra,söz-söz yaşayacaqsan.İndi yeganə təsəllim sənin lent yazılarını dinləmək,şəkillərinə dönə-dönə baxmaqdır.Sən ki belə yazmışdın:
Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah.
Dünyada nə varsa,yalandı vallah
Dünyada tək bircə qalan şəkildi…
Yaxşı ki bu şəkillər var.
Əlvida, Fərqanə, canım bacım,könül dostum,qələmdaşım!

Müstəqil.Az

Share: