Ağdamlı köçkün musiqiçilər Qobuda “EYVANA ÇIX” adlı  konsert verdilər – FOTO

Ağdamlı köçkün musiqiçi müəllimlər  paytaxt rayonunda şəhər sakinlərinə “Eyvana çıx” başlığı ilə konsert proqramı təşkil edib.

Qobu qəsəbəsində yaşayan məcburi köçkünlərin görüşünə gedən Ağcabədi regional Mədəniyyət idarəsinin əməkdaşları onların ruhunu oxşaya bilib.

 

Ağcabədi regional mədəniyyət idarəsi Ağdam Rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbinin direktoru,  Könül Kərimovanın rəhbərliyi ilə Baki şəhər Qobu qəsəbəsində konsert proqramı təşkil edilib. Ağdamlı musiqiçilər öz ifaları ilə hündürmərtəbəli binalarda yaşayan şəhər sakinlərinə bir anlıq da olsa da karantin rejimi dönəmində xoş anlar yaşadıb.

Məcburi köçkün qəsəbəsini sakinləri onlar üçün təşkil olunan  konsert proqramından zövq aldıqlarını dilə gətiriblər.

Qeyd edək ki, ölkəmizdə karantin rejiminin tətbiqi ictimai mədəni fəallığın azalmasına deyil əksinə artımına səbəb olub. Ayrı-ayrı müəssisə və təşkilatlar, ictimai qurumlar fərdi qaydada diqqət çəkən təşəbbüs və davranışları ilə əsl iradə, vətənpərvərlik nümayiş etdirirlər.

Qobuda yaşayan və evdə qal prinsipinə əməl edən sakinlər eyvanlara çıxaraq qarabağlı musiqiçilərin təşkil etdiyi konsert proqramını alqışlarla qarşılayıb.

 

Müstəqil.AZ

Share: