“Allahım, sən onu şairliyinə bağışla…” – Şahnaz Şahindən Fərqanə Mehdiyeva üçün…

 

Şahnaz Şahin
BAĞIŞLA
 
(Xanım şair Fərqanə xanım üçün)
 
Allahım,
sən onu şairliyinə bağışla..
Sözünə, söhbətinə,
nəfəsinə bağışla.
 
Bağışla qatar-qatar
durnaların köçünə,
Cavandı o,
yaşamaq həvəsinə bağışla.
 
Şairlərin yanında,
sırasında var elə,
Qələm, kağızını da
hər vaxt ona yar elə.
 
Aç zülmətin qatını,
gecəni səhər elə,
Evinə, eşiyinə,
obasına bağışla.
 
Nə gəlibsə başına,
vallah sevgidən gəlib,
Sözlə əhd eyləyibdi,
söz də ona tən gəlib.
 
Çətin gündü, dar gündü,
güman tək sənə qalıb,
Duasına, ahına,
meracına bağışla..
Bağışla…
Müstəqil.Az
Share: