” Palmali” ailəsi də Sizin yanınızdadır, Kapitan

Bu gün zəhmətkeş insanların bayramıdır. Milyonlarla insanla bərabər bu gün həm də Mübariz Mənsimovun və “Palmali” ailəsinin bayramıdır.

Doqquz uşaqlı fəhlə ailəsində böyümüş Mübariz Mənsimov öz zəhməti və əziyyəti hesabına şirkət qurdu. Cəmi bir gəmi ilə fəaliyyətə başlayan Mənsimov bunların sayını ildən-ilə artırdı. 10, 20,30 100, 200 və nəticədə “Palmali” dünyanın 7 ən böyük gəmi şirkətlərinin siyahısına daxil oldu. Bu bir azərbaycanlının, eyni zamanda Türk şirkətinin zəfəri idi. Bu zəfər çox adamı sevindirdiyi kimi, bundan məyus olanlar da tapıldı. Necə ola bilər ki, bir Azərbaycanlı bu qədər uzaqlara üzə bildi, heç kimin qaldıra bilmədiyi ağır yüklər daşıdı? Buna inanmırdılar, bunu qeyri-mümkün sayırdılar, buna nağıl deyirdilər.

Amma “Palmali” özü qədər bir reallıq idi. Biz Heydər Əliyevlə, Mircəlal Paşayevlə, Bəxtiyar Vahabzadə, Natiq Əliyev, Mübariz İbrahimov, Abşeron, Lerik, Şövkət Ələkbərova, Çingiz Mustafayevlərlə çox uzaqlara üzmüşdük… Və bu zəfər, ən əsası, “Palmali” ailəsinin birgə zəhməti sayəsində əldə edilmişdi. “Ailə bağı güclü olduğundan sonra o ailənin inkişafı qaçılmazdır”.

 

Fidan Guliyeva adlı şəxsin şəkli.
Mübariz Mənsimov hər zaman bunu deyirdi və əlavə edirdi ki, “mən bu uğurlara görə, dənizçilərimə borcluyam”. Hər bir dənizçinin qarşısında baş əyərdi. “Palmali” bir ailədir. Həm də nəhəng, 5 qitə, 7 dənizdə lövbər salmış böyük bir ailə. Bu ailə, bu dənizçilər 21 ildir ki, min bir əziyyətə qatlaşıb ailələrini dolandırır. Onların çörəkləri dənizdən çıxır. Bu insanlar fırtınaları ram edərək, yükləri vaxtında müştərilərə təslim edirlər. Daha bir borcumuz da dahilerimizi dənizlərdə yaşatmaqdır.

Bu gün “Palmali” ailəsindən kimsə dənizdə, kimsə evində bu bayram gününü qeyd edir. Amma bu ailənin kapitanı Mübariz Mənsimov həbsdədir və öz ailəsini unutmadan oradan hər birimizi təbrik edir. “Bu gün 1 may – bütün zəhmətkeşlərin bayramıdır. Əlbəttə, ilk növbədə, “Palmali” ailəsinin bütün üzvlərini, gəmilərimizdə fəaliyyət göstərən, halallıqla işləyən və ailələrinə çörək aparan bütün əməkdaşlarımızı ürəkdən təbrik edirəm. 1 may – insanlıq, qardaşlıq bayramıdır. Bu bayramda insanca, qardaşca yaşamaq istəyən hər bir kəsin yanındayam.

” Palmali” ailəsi də Sizin yanınızdadır, Kapitan. Hər birimiz Sizi təbrik edir, ən hündür dalğaları yaracağınıza inanırıq, buna əminik. Ən əsası sağlam olun, möhkəm olun, ailənizə, işinizə dönün.

Share: