İki bölgə yoluxmaya görə narıncı zona elan edildi – Rəsmi

Əldə edilən nəticələrin qorunması üçün ərazilər üzrə yumşaldıma tədbirləri həyata keçirilir.

Müstəqil.Az Teleqraf.com -a istinadla xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Aktiv yoluxma halları xüsusilə Gəncə, paralel olaraq Lənkəran şəhərlərində qeydə alınıb. Bu bölgələr Bakı və Sumqayıt şəhərləri kimi narıncı zona olaraq qeyd olunub.

Aprel ayının 26 gündə Gəncədə 101 yoluxma faktı qeydə alınıb. Samux və Göygöldə 15 yoluxma faktı qeydə alınıb”.

Ramin Bayramlının sözlərinə görə, narıncı zonadan sarı zonaya gediş-gəlişlə bağlı qadağa qalır: “Qeyd olunan rayonlardan paytaxta gediş-gəliş qadağası qüvvədədir.

İş yerləri paytaxtda olanların rayonlardan paytaxta gəlməsinə icazə verilir. Bu barədə heç bir məhdudiyyət yoxdur. Kütləvi tədbirlər bağlı qadağalar isə qüvvədədir”.

133 baxılıb
mersin escort