İrəvan rus agentlərini təqib edir: Kremldən reaksiya… – Video

Moskva İrəvana öz agentlərinin Ermənistanda təqib edilməsindən narazılığını bildirən siqnal göndərir.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl deyib.

Onun sözlərinə görə, İrəvan bu acı həbi hansısa formada şirinləşdirməyə cəhd edir ki, öz xalqının gözündə gülünc görünməsin.

O, İrəvanın Moskva ilə açıq qarşıdurmaya getməyə risk etmədiyini bildirib:

“Kreml burada çoxgedişli oyun oynayır. Rusiya Gürcüstan və Azərbaycana nəzarət etmək istəyirsə, Ermənistandan gedə bilməz”.

Qobl Rusiyanın hazırda Cənubi Qafqazla bağlı dəqiq strategiyasının olmadığını və Moskvanın yalnız taktiki gedişlərlə hərəkət etdiyini söyləyib:

“Qarabağla bağlı inkişaf gözləmək heç kimin xeyrinə deyil. Qaz, atom elektrik stansiyası, dəmir yollarının hamısı Ermənistanı cansız bədəndə saxlamaq üçün nəzərdə tutulan vasitələrdir. Ermənistanın kürəyində Rusiyanın əli ermənilərin düşündüyündən daha ağırdır”.

Zaur, İlkin

Share: