Novruzov onların erməni əqrəbasının adlarını dedi – Video

Speys TV-nin “Sadə həqiqətlər” verilişinin budəfəki qonağı millət vəkili Siyavuş Novruzov olub.

Müstəqil.Az xəbər verir ki, Siyavuş Novruzov Azərbaycana, Azərbaycan xalqına qarşı olan mühacir azərbaycanlıların fəaliyyətindən danışıb.

Millət vəkili Sevinc Osmanqızı haqda isə deyib ki, atasını ermənilər öldürüb, bu isə ermənini az qala hər gün verilişinə çıxarıb, Azərbaycanın əleyhinə danışdırır.

S.Novruzov Arif və Leyla Yunusların erməni qohumlarının adını da efirdən oxuyub. Bildirib ki, Yunusların məhkəməsi zamanı dünyanın müxtəlif ölkələrində 11 villası, mülkü olduğu üzə çıxdı, bunlardan biri isə Göyçə gölünün kənarında yerləşirdi. Hakimin sualına cavab olaraq isə Leyla Yunus bildirdi ki, qohumlarımızla görüş yerimiz oradır.

Müstəqil.Az

Share: