Milli Məclis toplanır

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. İlk olaraq, iclasda Hesablama Palatasının illik hesabatı məruzə ediləcək.

Həmçinin “Sosial sığorta haqqında” (birinci oxunuş) qanun layihəsinə dəyişiklik edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Turizm haqqında” qanun layihəsi (birinci oxunuş), Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) və.s məsələlər müzakirə ediləcək.

Share: